Icma.az
close
up
RU
Baş ağrısı bəzən həyati təhlükənin əlamətidir SOS

Baş ağrısı bəzən həyati təhlükənin əlamətidir SOS

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Nevroloq Vüsal Əzimov: “Telefon və kompüter baş ağrılarını artırır” 


Miqren və digər baş ağrıları növləri dünyada ən çox yayılmış və əlilliyə səbəb olan sağlamlıq problemlərindən biridir. Bununla bağlı "La Trobe" Universiteti və "Western Health" tərəfindən araşdırma aparılıb. Tədqiqata görə, hazırda dünyada təxminən 2,8 milyard insan baş ağrısından əziyyət çəkir. Müasir həyat tərzinin baş ağrılarına səbəb olduğunu vurğulayan araşdırmada stressin, oturaq həyat tərzinin, spirtli içki və kofeinin və keyfiyyətsiz yuxunun da buna yol açdığı bildirilib.


Qeyd olunub ki, 30-44 yaş arası qadınlar və yüksək gəlirli ölkələrdə yaşayanlar baş ağrısı kimi sağlamlıq problemlərindən xüsusilə təsirlənirlər.

Tədqiqatda həmçinin qeyd olunub ki, COVID-19 pandemiyası yeni çətinliklər yaradıb və infeksiya və ya peyvənddən sonra belə baş ağrılarının davam etməsi barədə məlumatlar yayılıb. Tədqiqatın aparıcı müəllifi, professor Dr. Tissa Vijeratne qeyd edib ki, baş ağrısı problemlərinə qlobal səhiyyə gündəmlərində prioritet verilməlidir. O, səhiyyə investisiyalarının artırılmasına və fərdiləşdirilmiş müalicə proqramlarına ehtiyac olduğunu vurğulayıb.


Mövzuyla bağlı danışan nevroloq Vüsal Əzimov Sherg.az-a  açıqlamasında deyib ki, baş ağrısı insanlarda ən çox rast gəlinən nevroloji problemlərdən biridir və son illərdə həm gərginlik tipli baş ağrılarının, həm də miqrenin artması müşahidə olunur. Həkimin sözlərinə görə, baş ağrısı baş və ya boyun nahiyəsindən başlayaraq müxtəlif bölgələrə yayılan, zonquldayıcı, basıcı və ya küt şəkildə hiss edilən ağrıdır:

 “İnsan beyni ağrını hiss etmir. Baş ağrısı baş və boyun nahiyəsində yerləşən damarlar, əzələlər, saçlı dəri və beyni örtən qişalardan qaynaqlanır. Ümumilikdə baş ağrısının 300-dən çox növü və səbəbi var. Ən geniş yayılan birincili baş ağrısı gərginlik tipli baş ağrısıdır. Bu zaman xəstələr boyun və baş ətrafında sıxılma, basınc hiss edirlər. Əsas səbəblər uzunmüddətli stress, yorğunluq və əzələ spazmıdır. Adətən istirahət və yuxudan sonra ağrı azalır, ürəkbulanma olmur. Miqren isə daha çox başın bir tərəfində zonquldayıcı ağrı ilə müşahidə olunur. Miqren zamanı səs və işığa qarşı həssaslıq artır, ürəkbulanma və bəzən qusma baş verir. Yuxusuzluq, ac qalmaq, yorğunluq və emosional gərginlik ağrını yaradan əsas amillərdəndir. Miqren bəzən bir neçə gün davam edə bilər”.


V.Əzimov xəbərdarlıq edib ki, baş ağrıları bəzən həyati təhlükə daşıyan xəstəliklərin xəbərçisi olur: 

“Əgər ağrı qəfil başlayır, ağrıkəsicilərlə keçmir, tədricən artır və bədənin bir tərəfində keyimə, gücsüzlük, görmə pozulması müşahidə olunursa, bu, beyin qanaxması, meningit, şiş və ya yüksək təzyiq kimi ciddi problemlərin göstəricisidir. Belə hallarda mütləq həkimə müraciət edilməlidir. Müasir dövrdə insanların artıq stress altında yaşaması, yuxu rejiminin pozulması, uzun müddət telefon və kompüter qarşısında vaxt keçirməsi, həmçinin qeyri-düzgün qidalanma və fiziki passivlik baş ağrısı hallarının artmasına səbəb olur. Başağrısını aradan qaldırmaq üçün özbaşına dərman qəbulu düzgün deyil. Əsas məsələ ağrının səbəbini tapmaq və həkim göstərişi ilə müalicəyə başlamaqdır”. 


Şəymən Bayramova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Noyabr 2025 05:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri