Icma.az
close
up
RU
Baş ağrısı 50 dən çox xəstəliyin əlamətidir Həkimdən XƏBƏRDARLIQ

Baş ağrısı 50 dən çox xəstəliyin əlamətidir Həkimdən XƏBƏRDARLIQ

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Bir çox hallarda insanların baş ağrısı, mədə ağrısı və digər ağrılar səbəbindən qiyməti elə də baha olmayan ağrıkəsici dərmanlar qəbul etdiklərini görürük.

Bəs bu ağrıkəsicilərin qəbulu sağlamlıq üçün təhlükə yarada bilərmi?

Redaktor.az-a danışan həkim-terapevt Şahvələd Məmmədov bildirdi ki, baş ağrısı 50-dən çox xəstəliyin əlamətidir.

Onun sözlərinə görə, baş ağrısı üçün ağrıkəsici qəbulu müalicə demək deyil:

"Bəzən insanlar özlərinə ilk yardım etmək istəyirlər, bu, ayrı məsələdir. Əslində bu da düzgün deyil. Əsasən xanımlarda 40 yaşa qədər, bəzən isə 45–50 yaşa kimi uzun müddət davam edən miqren ağrıları olur. Bu miqren ağrılarını adi ağrıkəsicilərlə dayandırmaq mümkün olmur. Yəni onların özünəməxsus xüsusi dərmanları var. Əhalinin böyük əksəriyyəti allergik olduğuna görə, ağrıkəsicilər kəskin allergik reaksiyalara səbəb ola, anafilaktik şok və digər problemlərə gətirib çıxara bilər".

Həkim qeyd etdi ki, bəzi hallarda mədə ağrısı zamanı Tempalgin, Pentalgin və Sitramon qəbul edilir.

"Belə bir şey yoxdur. Mədə ağrısında ağrıkəsici dərman qəbul etmək düzgün deyil. Mədə ağrısında turşuluğu normallaşdıran və ya spazmolitik dərmanlar qəbul olunmalıdır. Əslində, həkim məsləhəti olmadan bu dərmanların qəbulu müxtəlif fəsadlara gətirib çıxara bilər. Kifayət qədər ağrıkəsici qəbul edilməsi qaraciyərə toksiki təsir göstərdiyinə görə məsləhət deyil. Ağrıkəsicilərin davamlı qəbulu mədədə yara və xoraların əmələ gəlməsinə səbəb olur. Həkim məsləhəti olmadan ağrıkəsicilərin qəbulu uyğun deyil", - deyə Şahvələd Məmmədov vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:336
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Yanvar 2026 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri