Baş ağrısından xilas olmaq üçün ideal pəhriz...
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Oksford Online Pharmacy" onlayn aptekinin mütəxəssisləri içki sonrası yaranan narahatlığı (axşamdanqalma sindromu) yüngülləşdirməyə kömək edən ideal rasionu açıqlayıblar.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, ekspertlər oyandıqdan dərhal sonra böyük bir stəkan limonlu su, ardınca isə zəncəfilli və ballı çay içməyi məsləhət görüblər. Bu, maye itkisini bərpa etməyə, ürəkbulanmanı azaltmağa və həzm sistemini dəstəkləməyə kömək edəcək. Bundan əlavə, onların fikrincə, səhər saatlarında portağal yemək faydalıdır, çünki o, C vitamini və təbii şəkərlə zəngindir.
Ekspertlər içki sonrası narahatlığı yüngülləşdirmək üçün ideal rasionun vacib bir hissəsi olaraq doyumlu səhər yeməyini qeyd ediblər. Onlar banan, ispanaq və qaragilə ilə smuzi, həmçinin avokado və yumurta ilə tam taxıllı tost hazırlamağı məsləhət görüblər. Nahar üçün ekspertlər toyuq və ya mərcimək şorbası, şam yeməyi üçün isə balıq və tərəvəz yeməyi tövsiyə ediblər. Yatmazdan əvvəl isə orqanizmdə maye həcmini bərpa etmək üçün bir fincan bitki çayı və bir stəkan su içməyin ən yaxşı qərar olacağını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 13 İyul 2026 02:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















