Baş Ələt stansiyasında genişmiqyaslı yenidənqurma işləri aparılır
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yolu infrastrukturunun modernləşdirilməsi çərçivəsində Baş Ələt stansiyasında əsaslı yenidənqurma və təmir işlərini davam etdirir.
Redaktor.az xəbər verir ki, hazırda stansiyanın dəmir yolu xətləri mərhələli şəkildə yenilənir, hərəkətin daha təhlükəsiz və səmərəli təşkili üçün müasir infrastruktur həlləri tətbiq olunur. Aparılan işlərə müvafiq infrastruktur elementlərinin yenilənməsi və kontakt şəbəkəsinin təkmilləşdirilməsi də daxildir. Layihə çərçivəsində Bakı Limanından və cənub istiqamətindən daxil olan yük qatarlarının Baş Ələt stansiyasının çeşidləmə parkına giriş və çıxışını təmin edən yollar da yenidən qurulur.
Baş Ələt stansiyası yük və sərnişin daşımaları, eləcə də ölkənin əsas nəqliyyat və logistika istiqamətlərinin əlaqələndirilməsi baxımından ADY şəbəkəsinin mühüm qovşaqlarından biridir. Stansiyada həyata keçirilən modernləşdirmə işləri qatarların hərəkət təhlükəsizliyinin artırılmasına, əməliyyatların daha çevik təşkilinə və yükdaşıma imkanlarının genişləndirilməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 30 İyun 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















