Baş Ələt stansiyasında infrastruktur yenilənir: Nələr dəyişəcək?
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Dəmir yolu infrastrukturunun modernləşdirilməsi çərçivəsində Baş Ələt stansiyasında əsaslı yenidənqurma və təmir işləri davam edir.
Bu barədə "Yeni Sabah"a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.
Hazırda stansiyanın dəmir yolu xətləri mərhələli şəkildə yenilənir, hərəkətin daha təhlükəsiz və səmərəli təşkili üçün müasir infrastruktur həlləri tətbiq olunur. Dominos pizza
Aparılan işlər çərçivəsində dəmir yolu infrastrukturunun əsas elementləri yenilənir, kontakt şəbəkəsi təkmilləşdirilir. Eyni zamanda, Bakı Limanından və cənub istiqamətindən daxil olan yük qatarlarının Baş Ələt stansiyasının çeşidləmə parkına giriş-çıxışını təmin edən yollar da yenidən qurulur.
Qeyd edək ki, Baş Ələt stansiyası yük və sərnişin daşımalarının həyata keçirilməsi, həmçinin ölkənin əsas nəqliyyat və logistika istiqamətlərinin əlaqələndirilməsi baxımından ADY şəbəkəsinin mühüm qovşaqlarından biridir.
Bildirilib ki, stansiyada aparılan modernləşdirmə işləri qatarların hərəkət təhlükəsizliyinin artırılmasına, əməliyyatların daha çevik təşkilinə və yükdaşıma imkanlarının genişləndirilməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:220
Bu xəbər 30 İyun 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















