Icma.az
close
up
RU
Baş həkimin ölkədən çıxışına STOP qoyuldu

Baş həkimin ölkədən çıxışına STOP qoyuldu

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Mehriban Abdullayevanın ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. Məlum olub ki, xəstəxanın keçmiş mühasibi barəsində də cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızının rəhbərlik etdiyi xəstəxananın dövlət büdcəsinə vergiyə görə 22 min manat, Dövlət Sosial Müdafiə Fonduna isə 57 min manat vergi borcu yaranıb.
Borcun ödənilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edib.
Vergi orqanı tərəfindən borcun ödənilməsi üçün Mehriban Abdullayevaya beş gün müddət verildiyi, bu müddətdə ödəniş təmin olunmadığından onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edildiyi bildirilib.
 

Məhkəmənin qərarına əsasən, 1986-cı ildə Şərur rayonunda anadan olmuş, Bakı şəhəri Yasamal rayonunda qeydiyyatda olan Mehriban Abdullayevanın borc tam ödənilənədək ölkədən çıxışına qadağa qoyulub.


Məhkəmə, həmçinin bildirib ki, bu tədbirin məqsədi rəhbər şəxsi cəzalandırmaq deyil, hüquqi şəxsin vergi öhdəliklərinin icrasını təmin etmək və rəhbəri borcun ödənilməsi üçün aktiv addımlar atmağa sövq etməkdir. Qərarda qeyd olunub ki, vergi borcunun yaranmasında rəhbərin təqsirli olub-olmaması bu halda hüquqi əhəmiyyət daşımır.
Aşağı instansiya məhkəmələri Mehriban Abdullayevanın şikayətini təmin etməyib. Son olaraq Ali Məhkəməyə də Abdullayevanın kassasiya şikayətini təmin etməyib.
 

Qeyd edək ki, Mehriban Abdullayeva şikayətində xəstəxananın mühasibi barəsində cinayət işi açıldığını, özünün isə həmin iş üzrə yalnız şahid qismində cəlb edildiyini və borcun yaranmasında təqsirinin olmadığını bildirib.


Xəstəxananın keçmiş mühasibi barəsində mənimsəmə ittihamı ilə cinayət işi açıldığı bildirilir. (Teleqraf.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Dekabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri