Baş həkimin ölkədən çıxışına “stop” qoyuldu KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Ləğv edilmiş Gəncə Şəhər Psixo-Nevroloji Dispanserinin vergi borcu üzə çıxıb.
KONKRET.az Yurd.Media-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Psixo-Nevroloji Dispanseri vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dispanserin dövlət büdcəsinə 11230 manat məbləğində borcu yaranıb.
Bildirilib ki, vergilər üzrə 8952 manat, faizlər üzrə 2238 manat, maliyyə sanksiyası üzrə 40 manat olmaqla, bu ümumilikdə 11230 manat edib.
Bu borcun ödənilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edib. Ərizədə Gəncə Şəhər Psixo-Nevroloji Dispanserinin rəhbərinin barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilib.
Məhkəmə iddianı təmin edib və Gəncə Şəhər Psixo-Nevroloji Dispanserinin 2025-2026-cı illərdə baş həkimi vəzifəsini icra edən şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb.
Qeyd edək ki, Gəncə Şəhər Psixo-Nevroloji Dispanseri 2026-cı ilin aprel ayında ləğv edilib və Gəncə şəhər Psixiatriya Xəstəxanasına birləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 15 Noyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















