Icma.az
close
up
RU
Baş katib: Qlobal Cənub QHT Platforması beynəlxalq təsir mexanizminə çevriləcək

Baş katib: Qlobal Cənub QHT Platforması beynəlxalq təsir mexanizminə çevriləcək

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 15 may, AZƏRTAC

Qlobal Cənub QHT Platformasının Baş Katibliyinin Azərbaycana həvalə olunması ölkəmizin beynəlxalq dialoqda artan rolunu və Qlobal Cənub ölkələrinin bizə olan etimadını bir daha nümayiş etdirir. Əlbəttə ki, üzvlərimiz Prezident İlham Əliyevin keçən il təsis konfransında səsləndirdiyi çıxışı və “Azərbaycana hər zaman güvənə bilərsiniz!” fikrini dərindən hiss etdiklərini göstərmiş olurlar. Platformamız Braziliyadan Almaniyaya, Keniyadan Efiopiyaya qədər geniş coğrafiyanı əhatə edən çoxsaylı beynəlxalq tədbirlər həyata keçirib. Üzvlərimiz son bir il ərzində bizə etimad göstərərək növbəti beş il üçün rəhbərliyi bizə həvalə ediblər. Görünür ki, dünyanın müxtəlif ölkələrindən olan üzvlərimiz Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərlinin rəhbərliyi ilə son bir ildə görülən işləri yüksək qiymətləndiriblər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qlobal Cənub QHT Platformasının yeni seçilmiş Baş katibi Fuad Kərimli deyib.

Platformanın ilk Baş Assambleyasının Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını deyən Baş katib bildirib ki, Qlobal Cənub QHT Platforması WUF13 çərçivəsində şəhərsalma çağırışlarının müzakirəsi və Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin paylaşılması üçün mühüm platformadır.

“Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Qlobal Cənub QHT Platforması üçün xüsusi əhəmiyyət daşıyan bir tədbirdir. Bu, UN-Habitat tərəfindən Qlobal Cənub QHT Platformasına göstərilən dəstəyin də bariz təzahürüdür. Belə ki, “Urban Expo” çərçivəsində bizə 78 kvadratmetrlik pavilyon ayrılıb. Bunu bizə olan diqqətin və etimadın göstəricisi hesab edir, təşəkkürümüzü bildiririk. Burada biz Qlobal Cənubdan olan QHT-lərə sürətli şəhərsalma prosesinin doğurduğu çağırışlara dair həll yollarının müzakirəsi üçün bir platforma təqdim edəcəyik. Qlobal Cənub bir çox istiqamətlərdə Qlobal Şimal ilə müqayisədə daha ciddi sosial və infrastruktur təzyiqləri ilə üzləşir. Şəhərləşmə də bu problemlərdən biridir. Biz beynəlxalq tərəfdaşlarımıza Azərbaycanın bölgələrində tətbiq olunan “ağıllı şəhər” nümunələrini təqdim etməyi planlaşdırırıq. Bu təcrübələrin onların öz ölkələrində gələcək layihələr üçün faydalı bir model kimi istifadə olunacağına inanırıq”, - deyə Baş katib qeyd edib.

Onun sözlərinə görə, Qlobal Cənub QHT Platforması üzvlərin səslərini beynəlxalq səviyyədə gücləndirməyi və növbəti illərdə bunu əsas qlobal təsir mexanizminə çevirməyi hədəfləyir.

“Qlobal Cənub QHT Platforması olaraq üzvlərimizin səsini daha güclü şəkildə eşitdirmək üçün bütün imkanlarımızı səfərbər etməyə qərarlıyıq. Biz bunu onların mövqelərinin beynəlxalq tədbir və konfranslarda ifadə olunması, eləcə də Qlobal Cənubla bağlı ümumi məsələlərin gündəminin formalaşmasına töhfə verən alternativ hesabatlar və tədqiqatlar hazırlamaqla həyata keçirəcəyik.

Növbəti beş il üçün əsas hədəfimiz platformanı Qlobal Cənubda fəaliyyət göstərən yerli təşkilatların fikirlərini beynəlxalq siyasi dairələrin ən yüksək səviyyələrinə daha effektiv şəkildə çatdıran ən nüfuzlu mexanizmlərdən birinə çevirməkdir. Eyni zamanda, platformanın yaradılması təşəbbüsünün Azərbaycanın yerli QHT-ləri və Qlobal Cənubdan olan beynəlxalq tərəfdaşlar tərəfindən irəli sürülməsini xüsusi qürurla qeyd edirik. Bu təşəbbüs ölkəmizin qlobal proseslərdə müasir, dayanıqlı və aparıcı mövqeyini daha da möhkəmləndirən mühüm göstəricidir”, – deyə F.Kərimli vurğulayıb.

Müxbir – Ceyhun Xəlilov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri