Icma.az
close
up
RU
Aygün Əliyeva: QHT Platforması Qlobal Cənubun səsinə çevriləcək

Aygün Əliyeva: QHT Platforması Qlobal Cənubun səsinə çevriləcək

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

Artıq iki gündür ki, “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu davam edir. Forumun ilk günü Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciəti ilə yadda qaldı. Həmin müraciətin ünvanlanması həm Azərbaycanın Qoşulmama Hərəkatı dövründəki sədrliyinin layiqli davamı, həm də Azərbaycanın vətəndaş cəmiyyətinə, ölkə rəhbərinin etimadı və inamı kimi qiymətləndirilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

Forumun ilk gününün, həmçinin Qlobal Cənub QHT Platformasının yaradılması təşəbbüsünün təsdiqi ilə yadda qaldığını diqqətə çatdıran A.Əliyeva bildirib: “Həmin platformanın mənzil qərargahının Bakıda yerləşməsinə və Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərlinin bir il ərzində Platformanın baş katibi elan olunmasına qərar verildi. Platformanın yaradılması ideyası Azərbaycanın COP29-a rəhbərlik etdiyi dönəmdə Azərbaycan QHT-lərinin və Milli QHT Forumunun təşəbbüsü ilə meydana çıxıb. Belə ki, COP29 dönəmində iki həftə ərzində mindən artıq xarici qeyri-hökumət təşkilatı belə bir planın yaradılmasının zəruriliyini qeyd etmişdi. İndi isə tədbirdə 115 ölkəni təmsil edən 130-a yaxın nümayəndə canlı şəkildə həmin platformanın yaradılmasını təsdiq etdi”.

İki gün ərzində müxtəlif mövzularda fikir mübadiləsinin aparıldığını vurğulayan Agentliyin icraçı direktoru əlavə edib: “Qlobal Cənub QHT-ləri iqlim dəyişikliyi ilə mübarizədə qeyri-hökumət təşkilatlarının rolu, eyni zamanda, D8 formatında QHT-lərin görüşü, Bandunq prinsipləri və Bandunq ruhu, suverenlik mövzularında müzakirələr apardılar. Bu gün, həmçinin ikitərəfli formatda memorandumlar imzalandı. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Çin və Özbəkistan qeyri-hökumət təşkilatları ilə, Azərbaycanın müxtəlif yerli qeyri-hökumət təşkilatları isə yeddi xarici qeyri-hökumət təşkilatı ilə anlaşma memorandumları imzaladı. Bundan sonra da agentliyin Qlobal Cənub qeyri-hökumət təşkilatları ilə və ayrı-ayrılıqda Azərbaycanın yerli QHT-lərinin həmin formatda əlaqələri davam edəcək. Agentlik növbəti qrant müsabiqələrində Qlobal Cənubda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının da təşəbbüslərinin və ideyalarının dəstəklənməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirəcək. Əminəm ki, yaradılan platforma öz faydalı nəticələrini verəcək və Qlobal Cənubda təmsil olunan 100 milyonlarla insanın BMT də daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlarda səsinə çevriləcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri