Icma.az
close
up
RU
Baş məşqçi niyə pərt olmalıdır, Anar Hacıyev?! Məni aparın ora, sual verim də Qurbanova...

Baş məşqçi niyə pərt olmalıdır, Anar Hacıyev?! Məni aparın ora, sual verim də Qurbanova...

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ” Futbol Klubu (FK) bir necə saatdan sonra Lissabonda Avroliqa oyunları çərçivəsində Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşır.

Mia.az xəbər verir ki, oyun bu gün saat 23.00-da başlayacaq.

Ənənəvi olaraq oyundan əvvəl keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov konfuz vəziyyətə düşüb. Kadi Borjesin də iştirak etdiyi mətbuat konfransında jurnalistlər Kadini sual yağışına tutandan sonra növbə Q.Qurbanova gələndə susublar. Heç kim ona sual ünvanlamayıb. 

Baş məşqçiyə hörmətsizlik bir neçə səbəbə bağlanıb. Klubun departament rəhbəri Anar Hacıyevin mediaya açıqlamasına görə, Qurbanov yerli mətbuata bir neçə geniş açıqlama verdiyiçün jurnalistlər oyuna dair bütün məqamlara aydınlıq gətirildiyini düşünüb.

Məncə, bəhanədi.

Rəqib komandanı və onun məşqçisini eyninə almayanda, jurnalistlər onu çox rahat iqnor edir. Səni saymırıq, - mənasında. Olur belə şeylər media arasında, gizlətməyin nə mənası.

Amma maraqlı gələn odu ki, niyə bu oyunda jurnalistlər “Qarabağ”ı müşaiyət etməyib? Adətən, medianın iştirakı təmin edilir. Düzdü, hərə öz tanışını aparır, amma nə fərqi var, hamısı həmkarımızdı.

Bax, elə ona görə təəccüblənirəm ki, “Qarabağ” jurnalistərə münasibətdə niyə belə qənaətcil davranıb. Bizimkilər də orada Qurbanova sual verərdi, Qurban müəllim elə pərt olmazdı.

Məni də klublar, milli komanda səfər oyunlarına heç dəvət etməyib. “Qarabağ” məni aparsaydı Lissabona, qəşəng suallar verərdim orada Qurbanova. Sonra da öküzlərlə şəkil çəkdirib qayıdardım.

Bir azdan oyun başlayır.

Uğurlar olsun!

Zülfiyyə Mustafayeva
Mia.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:22
embedMənbə:https://mia.az
archiveBu xəbər 16 Sentyabr 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see5931

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see379

TƏHSİLƏ GÖRƏ NARAHAT OLMAYIN: heç nə yaxşı olmayacaq

15 Sentyabr 2025 23:28see196

Hindistanda qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

15 Sentyabr 2025 20:51see179

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see148

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see143

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

16 Sentyabr 2025 03:45see140

Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor Luçano Pavarotti

15 Sentyabr 2025 02:00see138

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see137

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see135

Mehinin toyu olacaq

15 Sentyabr 2025 21:33see128

20 min dollarlıq analıq: Təklifi qəbul etsəniz...

15 Sentyabr 2025 18:12see126

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

16 Sentyabr 2025 00:17see125

“İsrail regional təhlükəsizliyə birbaşa təhdiddir” BMT yə üzvlüyünün dondurulması tələb edildi

15 Sentyabr 2025 21:27see124

Premyer Liqa: Mançester Siti dən rahat qələbə

15 Sentyabr 2025 00:54see123

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi başa çatır FOTO VİDEO

16 Sentyabr 2025 19:23see121

Rummenigge: Top klublar Çempionlar Liqasının yeni formatınından dərs çıxarıblar

16 Sentyabr 2025 21:17see120

Ülviyyə Fətəliyeva Grand Swiss də ilk onluğa daxil olub

15 Sentyabr 2025 20:32see120

Yaponiyada ölkə tarixinin ən güclü tornadosu baş verib

15 Sentyabr 2025 03:37see119

İtaliya NATO nun şərq cinahını gücləndirmək üçün keçirəcəyi əməliyyatda iştirak edəcək

16 Sentyabr 2025 01:16see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri