Icma.az
close
up
RU
Qurbanova atılan daşlar...

Qurbanova atılan daşlar...

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sən dözərsən ağrısına,
Daş dözməz, daş haray eylər.
O daşlardan Tanrı sənə
Bir ev tikər, saray eylər... (Ramiz Rövşən)
Bir neçə il əvvəlin söhbətidi. “Qarabağ” “Sabah”ı Respublika stadionunda qəbul edirdi. Hesabı xatırlamıram, amma dəqiq yadımdadı ki, oyun “köhlən atlar”ın qələbəsiylə yekunlaşdı. Özü də “Qarabağ”ın üstünlüyü təkcə hesabda əks olunmur, 90 dəqiqənin gedişi də bu üstünlükdən xəbər verirdi.

Qurban Qurbanovun komandası dəfələrlə künc zərbəsi vurmaq hüququ qazandı, amma bu fürsətlərin heç birini qola çevirmək mümkün olmadı. Elə bunu nəzərə alaraq oyunsonrası mətbuat konfransında həmin məqamı Qurban bəyin diqqətinə çatdırdım, künc zərbələrini qola çevirmək üçün “ev tapşırığı” hazırlamaq fikrində olub-olmadığını soruşdum. Təcrübəli çalışdırıcı sualımın cavabında daim bu istiqamətdə çalışdıqlarını, vəziyyəti yaxşılığa doğru dəyişdirməyi arzuladıqlarını demişdi.
Görünən odu ki, ötən müddət ərzində Qurbanov istəyinə çatmayıb, “Qarabağ”ın futbolçuları künc zərbəsindən qol vurmağı öyrənə bilməyiblər. FKSB ilə “Qarabağ”ın daha bir zəif nöqtəsini üzə çıxardı. “Köhlən atlar” təkcə öz qazandıqları künc zərbələrini boşa vermirlər, həm də rəqibin yerinə yetirdiyi belə standart vəziyyətlər zamanı necə davranmaq lazım olduğunu, rəqibin təhlükəni böyütməsinə əngəl olmağı bacarmırlar. Elə bu səbəbdən də Avropa Liqasının qrup mərhələsində bu mövsüm evdəki sonuncu oyun bizim üçün məğlubiyyətlə nəticələndi. Halbuki, soyuq havada Respublika stadionunun tribunalarına toplaşan azarkeşləri sevindirmək üçün əla fürsət var idi. Rəqibin müdafiəsindəki boşluqları lazımınca dəyərləndirməyi, iki dəfə hesabda önə keçməyi bacarsaq da, bu üstünlüyü qorumağı bacarmadıq.
“Qarabağ” 2:3 hesabıyla məğlub olduğu oyunda 7 dəfə künc zərbəsi vurmaq hüququ qazandı. Təəssüf ki, bu zərbələrin heç birini qola çevirmək mümkün olmadı. Əvəzində rəqib 4 dəfə belə fürsətə sahib oldu, bunların üçündə Buntiçin qoruduğu qapının torunu silkələdi. Bu qollara üzülən isə təkcə Buntiç deyildi, “Qarabağ”a könül verən milyonlarla azərbaycanlının ürəyindən həmin dəqiqələrdə qara qanlar axdı. Adamı yandıran odu ki, “Qarabağ” rəqibdən təkcə künc zərbələrinin sayına görə üstün olmayıb. Topa sahibolmada da Qurban Qurbanovun komandası Rumıniyadan gələn qonaqları üstələyib, özü də iki dəfə. Amma bu məqamla bağlı üstünlüyümüz də hesabda əksini tapmayıb. Topa sahidolmadakı üstünlüyün sayəsində rəqibi iki dəfə cəzalandıra bilmişik. Rumınların yalnız künc zərbəsindən sonra fərqlənə bilməsi müdafiədə elə də səliqəsiz oynamadığımızın, oyuna nəzarətin “Qarabağ”ın əlində olmasının göstəricisi sayılmalıdı.
“Qarabağ”ın adlı-sanlı rəqibdən daha yaxşı oynamasını təkcə biz iddia etmirik. FKSB-nin baş məşqçisi Elias Xaralambus da qələbədə bəxt amilinin rol oynadığını gizlətməyib. Sitat:

“Həqiqətən “Qarabağ”la görüşdə çox əziyyət çəkdik. Düşünürəm ki, bəxtimiz də gətirdi”.


Klubun prezidenti Cici Bekali də baş məşqçiylə həmfikirdi, özü də artıqlamasıyla:

“Tanrı onlara qalib gəlməyimizə kömək etdi. Oyuna baxıb qələbə qazandığımıza inana bilmədiyim ilk görüş idi”.


Belə təriflər “Qarabağ”la oyundan öncə səslənsəydi, deyərdik ki, rəqib bizi arxayınlaşdırmaq istəyir. Qələbədən sonra rəqibin “Qarabağ” haqda bu fikirdə olması reallığın sözlə ifadəsidi. Amma əvvəl qeyd etdiyim kimi, hətta rəqibin belə etiraf etdiyi üstünlük, yaxşı oyun nəticəni dəyişə bilmir. Qələbə qazanmaq üçün qol vurduq, öz qapımızdan isə daha artığını buraxdıq.
“Qarabağ” azərbaycanlı azarkeşlərin tələbatını yüksəldib, onların daha böyük uğurlar arzulamasına vasitəçi olub.
İndi elə həmin azarkeşlər ağına-bozuna baxmadan “Qarabağ”ı, onun baş məşqçisi Qurban Qurbanovu tənqid edir. Özü də bunu böyük həvəslə həyata keçirirlər. Saytlar sorğu keçirir, səhifələr müzakirə açır, hamı günahkar axtarır. Az qalıblar ki, Azərbaycan futbolunun bütün problemlərini Qurban Qurbanovun üzərinə atsınlar. Onun isə “günahı” “Qarabağ”ı avrokubokların qrup mərhələsinin daimi iştirakçısına çevirməsidi. Sağlıq olsun, Qurbanov azarkeşləri yeni qələbələrə sevindirəndə bugünlər də unudulacaq.
AMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Yanvar 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri