Baş məşqçi: Qorxduğumuz şey başımıza gəldi
Icma.az, Mia.az-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir Baş məşqçi: Qorxduğumuz şey başımıza gəldi.
''Qorxduğumuz şey başımıza gəldi".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sölzəri "Trabzonspor"a son turda 3:2 hesabı ilə uduzan Qaziantep FK-nın baş məşqçisi Səlcuq İnan oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, oyuna yaxşı başlayıblar: "Oyuna qalibiyyət üçün çıxdıq. Yaşxı da başladıq. Futbolçularım tapşııqlara əla əməl elədi. Sadəcə hər şeyin çox yaxşı getdiyini düşündüyümüz anda qorxduğumuz şey başımıza gəldi. İki sərbəst zərbədən qol yedik. İkinci hissəyə yaxşı başladıq, 3:0 olsa da, oyundan qopmadıq. 2 qol vurduq, bərabərliyi də təmin edə bilərdik. Burada heç-heçə etmək, ya da xal qazanmağımız vacib idi. Olmadı. Komandamı mübarizə oyununa görə təbrik edirəm”.
Fərid ASLAN
MİA.AZ

