Icma.az
close
up
RU
Baxmağa qorxduğumuz ayna Günel Musa yazır

Baxmağa qorxduğumuz ayna Günel Musa yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Günel MUSA

Zaman çox qiymətlidir. Bəlkə də dünyada ən dəyərlimizdir. Ancaq zamanın axınının dayandığı bəzi məqamlar vardır. Saatın əqrəbləri irəli hərəkət etsə də, sənin üçün zaman anlayışının olmadığı, təqvimdə günlər dəyişsə də, fərqində olmadığın həmin o anlardan bəhs edirəm. Mənim bu anlarım daha çox tanıdığım, sevdiyim bir insanın ölüm xəbərini eşitdiyim vaxt olur. Bəzən bir otaqda səssiz, hərəkətsiz oturur, elə oturduğum yerdə də uzaqlaşıram bu dünyadan. Əvvəl xəfif bir melodiya kimi otağıma süzülən bu sükut bir müddət sonra ağırlaşmağa başlayır. Səssiz oturduğum o otaqda bəzən bir sözün, bir hərəkətin, hətta bir nəfəsin belə artıq olduğunu, nəfəsimin zamanın içində sıxıldığını hiss edirəm. Doğma bir insanın itkisi çox zaman bu sualı doğurur: "Necə ölə bilər axı?" Bir neçə saat əvvəl əlini sıxdığın, söhbət etdiyin insanın bir daha geri qayıda bilməyəcəyi sonsuzluğa yollandığını ilk anlarda dərk edə bilmirik. O an zamanın donduğu andır. Zamanın axını bərpa olunduqdan sonra ölümün ağrısı da daxil yaşanan sarsıntılar torpağın yavaş-yavaş eroziyaya uğraması kimi biz fərqində olmadan silinib gedir. Bir müddət sonra o torpağa baxdığımızda itkimizin dərin ağrısını deyil, itirdiyimiz insanla birlikdə yaşananların yavaş-yavaş silinməsinin və hər şeyin yalnız xatirələrdən ibarət olmasının kədərini hiss edərik.

Uşaq vaxtı ölüm adama bir az da zarafat kimi gəlir. Bizə elə gəlirdi ki, ətrafımızdakı yaşlı insanlar hər zaman qoca olublar. Həyat yalnız bizim üçün axan çay kimi görünür.  Qonşuluqda düşən yas həyətdə top oynamağımıza, yüksək səslə musiqi dinləməyimizə, acmağımıza, susamağımıza, arzularımıza mane olacaq qədər təsir etmir bizə. Məhəllənin o biri başında fəryad qopsa da, biz bu biri başında gələcəklə bağlı şirin xəyallar qururuq. Böyüyəndə edəcəklərimizlə bağlı arzularımız ölüm adlı həqiqətin içindən dartıb çıxarır bizi. O yaşlarda beynimizdə zaman məhdudiyyəti olmadığı üçün bu arzuların nə vaxtsa mütləq reallaşacağına ürəkdən inanırıq. Uşaqlıq həm də insanın öz əyalətidir və bütün arzular bir gün bu əyaləti tərk etdikdən sonra gerçəkləşir. Gələcəkdə baş verə biləcək hər şeyin xəyalını qururuq, amma hesaba qatmadığımız yalnız bir şey olur - ölüm. Uşaq vaxtı yaşadığımız evin yaxınlığında bir qəbiristanlıq var idi. Hər gün o qəbiristanlığın yanından keçib məktəbə gedərdik. Ordan keçəndə hər dəfə əllərimlə üzümü tutardım. Bu, mənim ölüm adlı həqiqətdən qaçışım idi. Məktəbdən günorta saatlarında qayıdanda bəzən dəfn mərasiminə tuş gələrdim. İnsan topasının çiynində yırğalana-yırğalana gedən tabutu gördüyüm zaman belə ölümü dərk edə bilmirdim. Ancaq içimdə bir qorxu peyda olurdu. İnsan bilmədiyi şeydən qorxarmı? Yalnız indi anlayıram ki, ölüm doğulduğumuz an qulağımıza üfürülən ilahi bir mehdir və insanın iki mütləq həqiqəti vardır: Doğum və ölüm.

Məşhur İsveç rejissoru İnqmar Berqman "Yabanı çiyələklər" filmində ölümü əqrəbləri olmayan saata bənzədir. Zaman var, hər zaman da olacaq. Amma qolumuz-qanadımız olan əqrəblər yoxdur. Biz heç vaxt öz zamanımızı göstərə bilməyəcəyik. Ölüm bizə zamanın qiymətli bir xəzinə olduğunu xatırladır həm də. Bəzi insanlar sənin bu xəzinəni məmnunluq axtarışı ucbatından həyasızcasına istismar edir. Bunun qarşısını ala bilməkdə çətinlik çəkirik çox vaxt. İnsanlarla olan bağları tamamilə qoparıb atmaq da mümkünsüzdür. Elə bu nöqtədə sükut problemin ən ədalətli həlli kimi gəlir mənə. Hələ ki, ölümün hər gün sənə daha bir addım yaxınlaşdığı yaşlardasansa zamanın əqrəblərindən möhkəm yapışmaq ehtiyacı hiss edərsən.

Bu yaxınlarda qarşıma TED (Texnologiya, Əyləncə Dizayn) tədbirindən olan  çox təsirli bir nitq çıxdı. Tədbirdə qonaq qismində çıxış edən amerikalı rəssam Sendi Çanq idi. Toplum sənəti mövzusunda çalışan Çanq 2009-cu ildə çox sevdiyi bir insanı qəfil itirir. Ondan sonra ölüm haqqında daha çox düşünməyə başlayır. Beləlilklə də, onun həyatında ağır depressiya və yas dönəmi başlayır. Bir müddət sonra Çanq "həyatın fani, ölümün ani" olduğunu anlayır və bunu insanlarla paylaşmağın yollarını axtarmağa başlayır. O, yaşadığı məhəllədə tərk edilmiş bir evin xarabalığının divarlarını nəhəng lövhəyə çevirir və üzərinə "Boşluğu doldur: Mən ölməzdən əvvəl..." cümləsini yazır. Çox qısa zaman ərzində qonşularının gah təsirli, gah gülməli cavabları divarı doldurur. O divar əslində toplumun bir aynasıdır. İnsanların bütün qorxuları, ümidləri və xəyalları həmin bir cümlədə birləşir. Bu sadə, lakin təsirli layihə 2013-cü ildən bəri dünyanın 76 ölkəsində 38 dildə 5000-dən çox "Ölməzdən əvvəl" divarının yaradılmasına ilham mənbəyi olub.

Sendi Çanq TED nitqində deyir: "Sahib olduğumuz ən əhəmiyyətli iki şey: zaman və insanlarla münasibətlərimizdir. Diqqət dağınıqlığının artdığı bir çağda həyatın qısa və kövrək olduğunu xatırlamaq hər zamankından daha əhəmiyyətlidir. Çoxumuz ölümdən bəhs etməkdən, onun haqqında düşünməkdən qaçırıq. Ancaq ölümü düşünmək həyatınıza aydınlıq gətirir".

Ölümü düşünmək əslində həyatı, yaşamağı düşünməkdir. Çünki ölümün fərqində olmaq zamanımızı daha mənalı keçirməyin açarıdır. Baxmağa qorxduğumuz, amma kimliyimizi, həyatımzı bizə göstərən aynadır ölüm. Həyatda mütləq bərabərliyin əldə olunduğu yeganə məqam həyatdan ölümə keçid anıdır. Ona görə də əhəmiyyətli olan təkcə doğulub yaşamaq deyil, necə yaşamağınız, ondan yaddaqalan bir həyat qurub-yaratmamağınızdır. Məşhur filosof Nitsşe deyir ki, "İnsan heyvanla fövqəlinsan arasında uzanan bir kəndirdir". Bu ipin bir ucundan o biri ucuna hamı keçə bilməz. Risk etməyən, hər zaman təhlükədən qaçan, simvolu dəvə olan, hara çəksən, gedəcək sürü psixologiyalı insanlar həmişə ipin arxasındadır. Yəni insan olmaq sadəcə başında tük, üzündə gözü olmaq, yemək, içmək, nəfəs almaqla əldə olunan bir şey deyil. Bundan çox-çox artığıdır. Biz doğuluruq, böyüyürük, qocalırıq və ölürük. Amma önəmlisi bu deyil. Ən əsası, dünyadan köçdüyümüz zaman arxamızda nə qoyub getməyimizdir.

Məncə, həyatda hər şey ölümdən qaynaqlanır. O cümlədən həyatın gözəlliyi də. Bəli, həyatın gözəlliyi ölümdədir, ölümə nisbətdədir. Dinlər də ölümdən yaranıb, onunla üzləşməyi asanlaşdıran psixoloji rahatlıq təmin edir. Bəs ola bilərmi ki, həyata bu qədər möhkəm bağlanan insan ölümdən qorxmasın? Bəlkə... Məsələn, qədim romalı şair və filosof Tit Lukretsinin dediyi kimi: "Mən var ikən ölüm yoxdur, ölüm olanda mən yoxam, o halda qorxmaq axmaqlıqdan başqa bir şey deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Mart 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri