Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Liverpul" rəhbərliyi baş məşqçi Arne Slotun gələcəyi ilə bağlı qəti qərar verib.
QOL.az xəbər verir ki, "Touchline"nəşrinin məlumatına görə, klub rəhbərliyi niderlandlı mütəxəssisdən İngiltərə Premyer Liqasında çempionluq barədə düşünməməyi tələb edib.
Klub Slotun diqqətini tamamilə İngiltərə Kuboku və Çempionlar Liqasına yönəltməsini istəyib. Qarşıya qoyulan şərt isə konkretdir. Belə ki, əgər mövsümün sonunda bu turnirlərdən heç biri qazanılmazsa və ya komanda növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazana bilməzsə, o, tutduğu vəzifədən azad ediləcək.
Xatırladaq ki, hazırda İngiltərə çempionatında 6-cı pillədə qərarlaşan "Liverpul" ölkə kubokunda 4-cü mərhələyə, Çempionlar Liqasında isə 1/8 finala yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 11 Fevral 2026 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















