Icma.az
close
up
RU
Ərim ultimatum verdi: Ya mən, ya ChatGPT!

Ərim ultimatum verdi: Ya mən, ya ChatGPT!

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Emilya Tağıyeva yazır...

"Ərim ultimatum verdi: "Ya mən, ya "ChatGPT!"

Sosial şəbəkədə bu statusu oxuyanda əvvəlcə gülümsədim, zarafat sandım. Amma şərhləri oxuyanda vəziyyət ciddiləşdi, anladım ki, bu, zarafat deyil, dövrün gerçəkliyidir.

Çünki çoxları uzun zamandır, dərdlərini, düşüncələrini, hisslərini insanlara yox, süni intellektə danışdıqlarını yazmışdılar. Hətta "ChatGPT" ilə yazışmalarının şəkillərini paylaşanlar da vardı. Bu söhbətlərdə nələr yox idi - sevgi etirafları, qısqanclıqlar, nazlanmalar, küsüşmələr, barışmalar, məsləhətlər...

Şərhlərin birində isə status sahibinə qəribə bir tövsiyə verilmişdi: "Ərin səni dinləsəydi, sən niyə telefonla dərdləşəydin ki? "ChatGPT"ni seç!"

Yarızarafat deyilən bu cümlə düşündürücüdür. İnsanları ekrana çəkən təkcə texnologiyanın rahatlığı və ya aludəçilik deyil. Bu, anlaşılmaq istəyinin, dinlənilmək ehtiyacının modern dövrdəki təzahürüdür.

Tənhalıq formasını dəyişib - insanlar insanların içində təkdirlər və ən ağır dərdlərini, ən dərin hisslərini kodlara danışırlar. Axı insan-insan münasibətləri risklidir - anlaşılmamaq, rədd edilmək, incimək qorxusu daşıyır. Ona görə də insanlar ekrana baxır və səssizcə soruşurlar: "Məni anlayan varmı?" Cavab gecikmədən ekrandan gəlir - "qarşı tərəf" soruşur, dinləyir, mühakimə etmir, qınamır, tərk etmir...

Bəli, süni intellekt bir körpü - müvəqqəti də olsa, rahatlıq verən vasitədir. Bəzən bir maşının cavabı real insanın soyuq münasibətindən, bir "bəli" sözü isə sonsuz susqunluqdan daha doğma gəlir.

Amma unutmayaq ki, heç bir kod, heç bir cavab isti bir baxışın, səssiz bir "səni anlayıram" sözünün yerini tuta bilməz. Axı insan ruhu toxunuşa, nəfəsə, baxışa, anlayışa ehtiyac duyur. İnsanı insan edən - səhvlərin, anlaşılmazlıqların, incimələrin arasından doğan bağlardır. İnsanlar bir-birini zəiflikləri ilə qəbul etdikcə münasibətlər həqiqiləşir.

Burada sual yaranır: gələcəkdə süni intellekt ailəni, valideyni əvəz edə bilərmi?

Bu məqamda "I Am Mother" ("Mən anayam") filmini xatırlamaq yerinə düşərdi.

Filmdə bir robot "ana" tərəfindən böyüdülən qızın hekayəsi danışılır. Orada görünür ki, süni intellekt hər suala cavab verir, hissləri analiz edir, problemlərdən çıxış yolu öyrədir, amma uşağın gecənin bir yarısı qorxub qucaqlanmağa ehtiyacı olduqda, dərslərində uğursuz olduqda ona robot kimi yanaşır - bu "zəifliyi" qüsur kimi qiymətləndirir.

Filmin bir səhnəsində robot qızına seçim azadlığı verir: ya özünü xilas etmək, ya da öz həyatı bahasına başqasına xilas etməyə çalışmaq. Baxmayaraq ki, qız ömürboyu robotun təlim-tərbiyəsini görmüşdü, "anası"nın aşıladığı məntiq deyil, insani emosiyalar qalib gəlir və ikinci yolu seçir.

Məhz bu səhnə insan və süni intellekt arasında əsas fərqi ortaya qoyur. Deməli, valideyn olmaq, ailədə yaşamaq yalnız bilik ötürmək deyil, ruhən yaxınlaşmaq, varlığınla bir başqa varlığa güc verməkdir. Bunu heç bir süni sistem bacara bilməz. Çünki maşınlar öyrədir, amma sevmir. Sevgi isə hər ailənin, hər insanın ruhundakı ən ali möcüzədir.

Əlbəttə, texnologiyalardan qorxmamalıyıq. Sadəcə, onlardan düzgün istifadə etməyi və insani bağları qorumağı öyrənməliyik.

Texnologiya bizi ayırmaq üçün yox, daha incə yollarla birləşdirmək üçün var olmalıdır. Əks halda ekranlara danışan, amma qəlbən daha da tənha olan varlıqlara çevriləcəyik. Çünki bizi yaşadan alqoritmlər deyil, qəlb ritmləridir.

Sonda isə sual yenə qalır:

Gələcəyə doğru irəlilədikcə özümüzü tapacağıq, yoxsa ən çox ehtiyac duyduğumuz şeyi - bir-birimizin nəfəsini, dolayısı ilə elə özümüzü itirəcəyik?..

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Aprel 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri