Baş nazir: Azərbaycan Türkiyə Gürcüstan üçtərəfli əməkdaşlıq formatına böyük əhəmiyyət veririk
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Gürcüstan Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatına böyük əhəmiyyət verir.
APA xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının 10-cu sessiyasında bildirib.
“Şübhəsiz ki, qeyd olunan mexanizmin müxtəlif istiqamətlərdə uğurlu işləməsi ümumi maraqlarımıza daha da çox fayda gətirəcək. Ölkələrimiz müdafiə, mədəniyyət, təhsil, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, səhiyyə, turizm, gömrük sahələrində sıx əməkdaşlıq edir. Biz bu sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə və dərinləşdirməyə hazır olduğumuzu bildiririk. Bu gün bizim sektorial əməkdaşlığımızın perspektivləri və təşəbbüslərini müzakirə etmək imkanımız olacaq”, - İrakli Kobaxidze deyib.
Baş nazir komissiyanın iclası çərçivəsində əldə olunan nəticələrin strateji tərəfdaşlığa və əməkdaşlığın dərinləşməsinə əlavə təkan verəcəyinə ümid etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 17 Yanvar 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















