Gürcüstan hökuməti: Azərbaycan və Türkiyə ilə üçtərəfli hərbi əməkdaşlıq uğurla davam edir
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstanın Müdafiə Nazirliyi mehriban qonşuluq münasibətləri çərçivəsində Azərbaycan və Türkiyənin müdafiə nazirlikləri ilə əməkdaşlığı davam etdirir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin illik hesabatında bildirilib.
“Regional təhlükəsizliyin möhkəmləndirilməsi və silahlı qüvvələr arasında sıx əlaqələrin qurulması məqsədi daşıyan Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı uğurla fəaliyyət göstərir”, - sənəddə deyilir.
Hesabatda vurğulanıb ki, 2024-cü ildə Gürcüstan Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünə və “Eternity” üçtərəfli təliminə ev sahibliyi edib.
Qeyd edək ki, İ.Kobaxidze illik hesabatı iyunun 27-də parlamentdə təqdim edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 03 İyun 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















