Icma.az
close
up
RU
Baş nazir: Azərbaycan və Belarus birgə səyləri artırmaq barədə razılığa gəliblər

Baş nazir: Azərbaycan və Belarus birgə səyləri artırmaq barədə razılığa gəliblər

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Biz hökumət kanalları vasitəsilə imzalanmış sazişlərin və dövlət başçılarının tapşırıqlarının həyata keçirilməsi üçün birgə səyləri artırmaq barədə razılığa gəldik".

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Nazirlər Kabinetində belaruslu həmkarı Aleksandr Turçinlə geniştərkibli görüşdə bildirib.

"Sevindirici haldır ki, siz bu gün belə yüksəksəviyyəli nümayəndə heyəti ilə Azərbaycandasınız. Bu, Belarusun əlaqələrimizin inkişafına verdiyi önəmi bir daha təsdiqləyir. Azərbaycan da Belarusla qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır. Bu gün bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm məsələləri ilə bağlı çox konstruktiv müzakirəmiz oldu. 170-dən çox sənədə əsaslanan geniş praktiki əməkdaşlığımız var. Prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenkonun birgə səyləri sayəsində Azərbaycan-Belarus tərəfdaşlığı hazırda bütün sahələrdə inkişaf edir və hərtərəfli xarakter daşıyır. Qarşılıqlı səfərlər və ən yüksək səviyyədə keçirilən görüşlər, əldə edilmiş razılaşmalar və imzalanmış sənədlər əməkdaşlığın effektiv inkişafını təmin edir.

2024-cü ildə Belarus prezidentinin Azərbaycana iki səfəri, habelə üçüncü ölkələrdə dövlət başçılarının beynəlxalq məkanlarda ikitərəfli görüşləri bunun bariz təsdiqidir. 2024-cü ilin mayında Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri zamanı dövlət başçıları əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni istiqamətlər müəyyən ediblər. Kənd təsərrüfatı, gömrük, turizm, kiçik və orta biznesin inkişafı kimi sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək üçün mühüm sənədlər paketi imzalanıb", - deyə Baş nazir qeyd edib.

Əli Əsədov deyib ki, keçən ilin iyununda Belarusda işgüzar, oktyabrda isə rəsmi səfərdə olub. Həmçinin 2024-cü ildə baş nazir müavinlərinin sədrliyi ilə Minskdə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib, dövlət başçılarının tapşırıqları nəzərə alınaraq əməkdaşlığın inkişafına dair 2024-25-ci illər üçün Yol Xəritəsi yenilənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 May 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see181

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see179

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see150

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see126

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see124

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see120

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see119

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see119

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri