Azərbaycan və Ermənistan itkin düşənlərin birgə axtarışı barədə razılığa gəliblər
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin birgə axtarışı barədə razılığa gəliblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan məlumat verib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistan və Azərbaycanın əsirlər, girovlar və itkin düşmüş şəxslərlə bağlı komissiyalarının nümayəndələrinin iclas keçirdikləri barədə məlumat yayıb.
"Bəli, görüş baş tutub. Bu, ikinci görüşdür. İtkin düşmüş şəxslərin taleyi və mümkün axtarış tədbirləri ilə bağlı məsələlər müzakirə olunub. Bu işin davam etdirilməsi ilə bağlı ilkin razılıq əldə olunub. Görüşü müsbət qiymətləndirirəm", - Abazyan bildirib.
MTX rəhbəri məhbusların geri qaytarılmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, onlar ən qısa zamanda nəticələrin əldə olunmasında maraqlıdırlar.
Xatırladaq ki, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün Azərbaycan və Ermənistan komissiyalarının əvvəlki iclası fevralın 7-də baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 İyun 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















