Icma.az
close
up
RU
Baş nazir Azərbaycanla bağlı zarafat etdi: ölkəsində qalmaqal yarandı VİDEO

Baş nazir Azərbaycanla bağlı zarafat etdi: ölkəsində qalmaqal yarandı VİDEO

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısı çərçivəsində Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycanla bağlı zarafatı onun ölkəsinə müzakirələrə səbəb olub.

O, ABŞ Prezidenti Donald Trampın Ermənistan- Azərbaycan sülhü barədə danışarkən səhvən Albaniya-Azərbaycan deməsi barədə Fransa Prezidenti Makronla zarafatlaşıb.

Edi Rama Trampın səhvən "Albaniya və Azərbaycan arasında münaqişə" dediyini nəzərə alaraq Makrona zarafatla deyir ki, siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz.

Modern.az-ın məlumatına görə, Edi Rama sosial şəbəkə hesabında Azərbaycanla bağlı söylədiyi zarafatın mətbuatda fərqli təqdim olunmasından narazılığını bildirib. Onun sözlərinə görə, jurnalistlər “dostluq ruhunda deyilmiş ifadəni” kontekstdən çıxarıb “siyasi qalmaqala” çeviriblər.

Rama qeyd edib ki, “müasir mediada "viral" anlayışı çox asanlıqla reallığı təhrif edə bilir”:

“Yaxşı əhvalda, dostluq şəraitində deyilmiş ifadə birdən-birə onlarla ölkənin iştirak etdiyi sammitin əsas başlığına çevrilir, əsas məzmun isə diqqətdən kənarda qalır”.

Baş nazir əlavə edib ki, o, Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi sammitində Prezident İlham Əliyev və Fransa Prezidenti Emmanuel Makronla görüşü zamanı ABŞ-ın sabiq prezidenti Donald Trampın məşhur “dil sürüşmə”sini xatırladıb:

“Tramp bir dəfə zarafatla demişdi ki, hətta Albaniyaya da Azərbaycanla sülh bağlamaq nəsib olub. Mən sadəcə həmin ifadəyə istinad etdim. Bu, sadəcə dostyana bir replikaydı”.

Rama vurğulayıb ki, hadisəni “siyasi təqibə çevirmək ədalətsizlikdir”:

“Bu, sadəcə gülməli bir an idi. Amma əgər kimsə bunu tirajlayırsa, bunda qorxulu heç nə yoxdur. Sadəcə, bunu təhrif edib sensasiyaya çevirmək düzgün deyil”.

Sonda o, Donald Trampı “Qərbdə "sülh" anlayışını yenidən gündəmə gətirən lider” kimi dəyərləndirib və qeyd edib ki, “Tramp qısa müddətdə bir çoxlarının bacarmadığını edib və hələ də bu istiqamətdə çalışır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Oktyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri