Icma.az
close
up
RU
Baş nazir: Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvü olacaq MÜSAHİBƏ

Baş nazir: Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvü olacaq MÜSAHİBƏ

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin  müsahibəsi
- Seçkilərdən sonra Azərbaycan-Gürcüstan münasibətlərini necə qiymətləndirirsiniz və bu münasibətlər gələcəkdə necə inkişaf edəcək?
- Ölkələrimiz arasında münasibətlər əladır, bizim strateji tərəfdaşlığımız var. Xalqlarımız arasında gözəl qarşılıqlı hörmət və dərin tarixi əlaqələr də mövcuddur ki, bu da şübhəsiz ki, vacibdir. İndi vəzifəmiz seçkilər başa çatdıqdan sonra siyasi əməkdaşlığı gücləndirməkdir və iqtisadi əməkdaşlıq və regional infrastrukturdakı rolumuzu inkişaf etdirmək də daxil olmaqla, bütün sahələrdə tərəfdaşlığı yaxşılaşdırmaq üçün çox şey ediləcək.
- Sizcə, ölkələrimiz arasında əməkdaşlıq hansı istiqamətlərdə dərinləşəcək?
- Əlbəttə, biz artıq bir çox strateji istiqamətlərdə irəliləyirik. Ölkələrimiz Türkiyəni də əlaqələndirən mühüm strateji layihələri birləşdirir və bizə bu əlaqəni gücləndirmək lazımdır. İqtisadiyyat, energetika və nəqliyyat-kommunikasiya sahəsində qarşılıqlı əlaqələrimizi gücləndirmək üçün birlikdə həyata keçirəcəyimiz planlaşdırılmış layihələr artıq mövcuddur.
- Azərbaycanlı ekspertlərdə seçkilərdən sonra Gürcüstanın daxili siyasətində mümkün dəyişikliklərlə bağlı suallar yaranıb. Yaxın gələcəkdə Gürcüstanın xarici siyasət fəaliyyətinin inkişafını necə görürsünüz?
- Bizim siyasi məqsədimiz hətta konstitusiyada da təsbit olunub: Avropa İttifaqının bir hissəsi olmaq. İndi Aİ ilə münasibətlərdə müəyyən çətinliklərimiz var, amma mən əminəm ki, tezliklə bu çətinliklər aradan qaldırılacaq və biz Avropa İttifaqının tamhüquqlu üzvü olacağıq.
- Sonuncu sualım COP29-da təşkilatçılıqla bağlıdır...
- Təşkilatçılıq sadəcə əladır, hər şey çox yüksək səviyyədə icra edilir. COP29-un açılış mərasimindən əsl mənada zövq aldım, hər şey həqiqətən möhtəşəm bir şəkildə həyata keçirildi./Vesti.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Noyabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see324

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see173

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see166

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see165

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see153

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see146

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see144

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri