Baş nazir: Macarıstan Ukraynanın Aİ yə tələsik qəbulunu dəstəkləməyəcək
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 3 sentyabr, AZƏRTAC
Macarıstanın Baş naziri Peter Macyar Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya Ukraynanın Avropa İttifaqına (Aİ) tələsik qəbulunu dəstəkləməyəcəklərini bildirib.
AZƏRTAC xəbər verir ki, Macyar bunu Budapeştdə Koşta ilə görüşdən sonra “Facebook”da yazıb.
“Bir daha təsdiqlədim ki, Macarıstan namizəd ölkələrin heç biri üçün Aİ-yə üzvlüyün sürətləndirilmiş prosedurunu dəstəkləmir”, - deyə hökumət başçısı qeyd edib.
Macyar, həmçinin Aİ rəhbərliyindən Macarıstana tətbiq olunan gündəlik 1 milyon avro məbləğində cərimənin ləğvi məsələsinin ən qısa zamanda həllini gözlədiyini bildirib.
Qeyd edək ki, Aİ Ədalət Məhkəməsi 2024-cü ilin iyununda Macarıstana 200 milyon avro məbləğində birdəfəlik cərimə tətbiq edib və qərarın icrasında hər gecikdirilən gün üçün əlavə 1 milyon avro ödəmək öhdəliyi qoyub. Cərimə Budapeştin Aİ-nin sığınacaq və miqrasiya qaydalarına əməl etməməsi ilə əlaqədar tətbiq olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 03 Sentyabr 2026 01:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















