Icma.az
close
up
RU
Baş naziri devirmək sülhü pozmağa yönəlib

Baş naziri devirmək sülhü pozmağa yönəlib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Müxalifətin Paşinyanı istefaya göndərmək cəhdi yenə uğursuz olacaq

Vaşinqtonda Bakı və İrəvan arasında sülh müqaviləsinin paraflanmasının Ermənistanın siyasi cameəsində birmənalı qarşılanmayacağı əvvəlcədən bəlli idi. Görüşdən sonra Hayastandakı revanşist qüvvələr daha da fəallaşıb, necə deyərlər, kürklərinə birə düşüb. Onlar var gücləri ilə yekun sülh müqaviləsinin imzalanmasına, həmçinin Zəngəzur dəhlizinin (TRIPP) açılmasına qarşı çıxırlar.

Bütün bunların fonunda Ermənistan siyasəti yenidən gərgin müzakirələrin mərkəzinə çevrilib. Parlament müxalifətini təmsil edən “Şərəfim var” fraksiyası baş nazir Nikol Paşinyana qarşı etimadsızlıq layihəsini təqdim edib.

Fraksiya bu addımını sistemli idarəetmə uğursuzluqları və milli böhranla izah edib. Bəyanatın mətnini fraksiya rəhbəri Hayk Mamicanyan sosial şəbəkələrdə paylaşıb. Qeyd olunur ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət vəzifələrini yerinə yetirməməsi bir yana, həm də yeni problemlərin mənbəyinə çevrilib, dövlət idarəçiliyinin bütün səviyyələrində sistemli böhrana yol açıb.

Qanuna əsasən, əgər parlament səs çoxluğu ilə etimadsızlıq layihəsini qəbul edərsə, Baş nazir istefa vermiş hesab olunur. Bundan sonra hökumət tam tərkibdə buraxılır. Belə olan halda növbəti addım kimi parlament yeni baş nazir seçməlidir. Yeni hökumətin proqramı təsdiqlənməsə və ya baş nazir seçilə bilməsə, Konstitusiyada parlamentin buraxılması və erkən seçkilərin keçirilməsi nəzərdə tutulur.

Bu arada etimadsızlıq səsverməsinin keçirilməsi üçün təşəbbüsə Ermənistan Milli Assambleyasının ən azı üçdə biri, yəni 107 deputatdan 36-sı dəstək verməlidir. Müxalifət məclisdə, ümumilikdə, məhz 36 yerə sahibdir. Amma onlar əvvəllər belə təşəbbüslərdə birləşə bilməyiblər. Hətta layihə irəliləsə belə, baş nazirin vəzifədən kənarlaşdırılması üçün mütləq əksəriyyətin, yəni 54 deputatın səsi tələb olunur ki, mövcud vəziyyətdə bu, demək olar ki, mümkünsüzdür. Paşinyanın “Vətəndaş müqaviləsi” fraksiyası parlamentdə 71 yerə nəzarət edir və 2021-ci il seçkilərində elektoratın 50 faizdən çoxunun səsini qazandığından etibarlı parlament çoxluğuna malikdir. Ermənistan parlamentində Nikol Paşinyana qarşı etimadsızlıq təşəbbüsünün dəqiq müzakirə tarixi açıqlanmayıb. Müraciət təqdim olunub, lakin parlamentin rəsmi gündəliyində səsvermə və ya müzakirənin günü hələ yer almayıb. Səsvermənin və müzakirənin tarixi parlament tərəfindən rəsmən elan olunmalıdır. Məlumat üçün bildirək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək.

Yeri gəlmişkən, Ermənistan siyasətində son illər müşahidə olunan ən ciddi tendensiyalardan biri baş nazir Nikol Paşinyana qarşı ölkə daxilində müxalif qüvvələrin fəallaşmasıdır. Bu qüvvələr həm keçmiş siyasi isteblişmentin, həm oliqarxların, həm də kilsənin dəstəyi ilə formalaşır. Onların əsas məqsədlərindən biri Paşinyanın sülh təşəbbüslərini zəiflətməkdir. Baş nazirə qarşı müxalif qüvvələrin mərkəzində “Şərəfim var” fraksiyası dayanır. Onun parlament fəaliyyətinə Hayk Mamicanyan rəhbərlik edir, amma blokun partiyaları və ideoloji xətti Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası ilə bağlıdır. Onlar Paşinyanın Qarabağ və Azərbaycanla sülh prosesi ilə bağlı siyasətini sərt tənqid edirlər.

Eyni zamanda, “Hayastan” fraksiyasının lideri, keçmiş müdafiə naziri Seyran Ohanyan da hazırkı hökumətə müxaliflərin sırasındadır. O, hakimiyyət dəyişikliyindən sonra Azərbaycanla sülh sazişinin şərtlərini “yenidən müzakirə etmək” niyyətində olduğunu açıq şəkildə bəyan edib. Onun tezisləri əsasən üç məqam üzərində cəmləşir: müqavilənin hər detalının təhlili, “ermənipərəst” mövqeyin gücləndirilməsi və danışıqlar yolu ilə bu mövqenin irəli sürülməsi.

Xatırladaq ki, Paşinyana qarşı mübarizədə müxalifət yalnız keçmiş siyasi liderlərlə kifayətlənmir. Ermənistanın maliyyə və media elitasını təmsil edən oliqarxlar da bu qüvvələrin yanındadırlar. Onlar Paşinyanın iqtisadi və diplomatik təşəbbüslərinə qarşı çıxaraq, ölkədə siyasi atmosferi gərginləşdirməklə sülh prosesinə mane olmağa çalışırlar. Bu zaman kilsə də müxalif qüvvələrin tərəfdarı kimi çıxış edir.

Qeyd etmək lazımdır ki, 2026-cı il parlament seçkisi Paşinyanın siyasi gələcəyini müəyyən edəcək. İndi onun əsas məqsədi hakimiyyəti qoruyub saxlamaq və yenidən baş nazir postuna yiyələnməkdir. Bunun üçün o, bir neçə istiqamətdə fəaliyyət göstərir. Bunlardan birincisi, müxalifəti zəiflətmək, parçalamaq və onun cəmiyyətdə təsirini azaltmaqdır. İkincisi, Qərbin siyasi və maliyyə dəstəyini maksimum səviyyədə almaq. Üçüncüsü isə Ermənistanın regionda nüfuzlu mövqe qazanması üçün Azərbaycan və Türkiyə ilə münasibətlərdə çevik addımlar atmaqdır. Seçkilərdə qələbə qazanarsa, Nikol Paşinyanın kilsəyə qarşı mübarizəsini daha da gücləndirəcəyi və onu tamamilə öz nəzarətinə almağa çalışacağı gözlənilir. II Qareginin erməni kilsəsinin rəhbərliyindən uzaqlaşdırılmasına da şahid ola bilərik.

Azərbaycanla münasibətlərə gəldikdə, hələlik, Nikol Paşinyan Bakı ilə sülh müqaviləsi bağlamaqda maraqlı görünür. Konstitusiyanın dəyişəcəyi təqdirdə buna heç bir maneə qalmır. Əks təqdirdə, yəni gələn il Ermənistanda müxalifət qələbə qazanarsa, Azərbaycanla yekun sülh sazişinin bağlanması təxirə düşə bilər. Bu isə ilk növbədə Ermənistanın özünə zərər verər. Azərbaycanla münasibətlərin yenidən pozulması erməni tərəfi üçün əlverişli olmayacaq. ABŞ-da paraflanmış sülh müqaviləsinə qarşı çıxmaq isə rəsmi İrəvanın beynəlxalq arenadakı imicinə mənfi təsir göstərəcək.

Tural İSMAYILOV,
politoloq

Müxalifətin mövcud hakimiyyəti devirmək üçün kifayət qədər sosial bazası olmasa da, atdığı addımlar ölkə daxilində siyasi təzyiq yaratmaq məqsədi daşıyır. Xüsusilə, Azərbaycanla sülh danışıqlarına əngəl olmaq cəhdləri diqqət çəkir. Müxalifətin bu strategiyası regional sülh prosesinə təsir göstərməyə yönəlib. Paşinyan hökuməti isə siyasi sabitliyi qorumağa çalışır. Ölkədəki iqtisadi və sosial problemlər müxalifətin tənqidlərinə zəmin yaradır. Ancaq ictimai rəyin yekcins olmaması müxalifətin geniş dəstək qazanmasını çətinləşdirir. “Şərəfim var” fraksiyasının təşəbbüsü parlamentdə dəstək toplamaqda çətinlik çəkə bilər. Çünki Paşinyanın partiyası parlamentdə çoxluğa malikdir. Müxalifətin bu addımı daha çox simvolik xarakter daşıyır. Ölkədəki gərginlik xarici siyasətə də təsir edir.

Azərbaycanla sülh müqaviləsi müzakirələri hökumət üçün prioritet olaraq qalır. Lakin müxalifət bu prosesi ləngitməyə çalışır. Onlar Paşinyanı “milli maraqları təhvil verməkdə” ittiham edir. Bu ittihamlar ictimaiyyətdə birmənalı qarşılanmır. Bəzi vətəndaşlar sülhə dəstək versə də, digərləri müxalifətin təbliğatına qoşulur. Müxalifətin təzyiqləri hökumətin islahatlar gündəminə maneçilik törədir. Eyni zamanda, regional sabitlik üçün sülh danışıqlarının uğuru vacibdir. Hökumət-müxalifət qarşıdurması ölkənin gələcək trayektoriyasını müəyyənləşdirə bilər. Regional dinamika və daxili sabitlik arasında tarazlıq yaratmaq Paşinyan üçün əsas çağırışdır. Müxalifətin təzyiqləri bu tarazlığı pozmağa yönəlib. Ermənistan cəmiyyəti isə bu prosesdə həlledici rol oynayacaq.

Musa BAĞIRLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri