Icma.az
close
up
RU
Fransadan sülhü pozmağa SON CƏHD

Fransadan sülhü pozmağa SON CƏHD

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa Senatı Azərbaycana qarşı növbəti qərəzli addım atıb.

Senat Ermənistana yaxın dairələrin təşəbbüsü ilə Azərbaycanda mühakimə olunan erməni separatçılarının azad olunmasını tələb edən qətnamə qəbul edib. Qətnamə Fransa-Ermənistan Dostluq Qrupu tərəfindən irəli sürülüb və sənəd senator Loran Vokyen tərəfindən təqdim olunub. 183 senator qətnamənin lehinə səs verib.

Qeyd edək ki, Azərbaycanın Fransa ilə münasibətləri normallaşdırmaq, eləcə də Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atdığı bir dövrdə belə bir qərarın qəbul edilməsi Parisin regionda gərginliyi artıran, separatçı qüvvələri müdafiə edən və sülh prosesinə zidd addımı kimi qiymətləndirilir.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Fransa Senatının qəbul etdiyi bu qərar nə təəccüblü, nə də gözlənilməzdir:

“Biz artıq Fransa tərəfindən birtərəfli, qərəzli, anti-Azərbaycan mövqeli çoxsaylı qərar və qətnamələrin şahidi olmuşuq. Hətta Fransa Senatı 2020-ci ilin noyabrında həddini aşaraq, beynəlxalq hüququ heçə sayaraq, keçmiş separatçı xunta rejiminin “müstəqilliyinin” tanınması ilə bağlı qərar qəbul etmişdi.

Bu tipli qərarların Azərbaycanın mövqeyinə heç bir təsiri yoxdur. Bu cür bəyanatlar bizim üçün sadəcə kağız parçasından ibarətdir və onların nə siyasi, nə də hüquqi dəyəri var. Bu, sadəcə olaraq tərəflərin mövqelərini bildirməsi baxımından başadüşülən  addımdır. Çünki biz artıq Fransanın bu cür mövqeyinə öyrəşmişik”.

O qeyd edib ki, bir neçə ay əvvəl Fransa Prezidentinin Azərbaycan Prezidenti ilə səmimi görüşməsi və münasibətləri normallaşdırmaq istiqamətində cəhdlər göstərməsinin də şahidi olmuşuq:

“Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin pozulmasında maraqlı olmayıb, əksinə,  əlaqələrin möhkəmlənməsinin, inkişafının tərəfdarı olub. Lakin son altı il ərzində biz Fransa tərəfindən açıq və birtərəfli şəkildə Ermənistanın dəstəkləndiyini və Azərbaycana qarşı sistemli kampaniyanın aparıldığını görmüşük. Bu isə Azərbaycan tərəfindən kifayət qədər sərt reaksiya ilə qarşılanıb və Fransanın bu planlarının reallaşmasına imkan verilməyib”.

Oqtay Qasımov əlavə edib ki, bu qərar da növbəti anti-Azərbaycan mövqeyinin nümayişi kimi qiymətləndirilir:

“Hesab edirik ki, Fransa hökuməti artıq mövcud reallıqları ciddi şəkildə qəbul etməli və Azərbaycanla münasibətlərin normallaşması üçün səy göstərməlidir. Çünki Azərbaycan məhz öz gücü və siyasi iradəsi hesabına regionda yeni reallıqlar yaradıb.

Bu gün Cənubi Qafqaz getdikcə daha çox münaqişə zonasından əməkdaşlıq və dialoq məkanına çevrilir. Elə bu kontekstdə Azərbaycan Prezidenti Ermənistanın Baş naziri və nümayəndə heyəti ilə Birləşmiş Ərəb Əmirliklərində görüşlər keçirib.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdığı bir dövrdə Fransanın bu cür mövqe sərgiləməsi sadəcə olaraq pozuculuq və anti-Azərbaycan mövqeyinin nümayişidir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Fevral 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see309

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see281

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see252

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see241

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see240

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see232

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see229

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see225

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see220

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see214

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see214

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see212

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see206

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see204

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see202

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see199

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see189

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see185

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see181

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri