Icma.az
close
up
RU
Baş nazirin qardaşı məhkəmə qarşısına çıxarılacaq

Baş nazirin qardaşı məhkəmə qarşısına çıxarılacaq

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniya Baş naziri Pedro Sançesin qardaşı David Sançes, 2017-ci ildəki təyinat zamanı inzibati pozuntu etməkdə və baş nazir olan qardaşının nüfuzundan istifadə etməkdə ittiham olunur.

"Cebheinfo.az" xəbər verir ki, İspaniyanın cənub-qərbində yerləşən Badaxos şəhərindəki Şəhər Məhkəməsi, David Sançes barəsində hazırlanan ittiham aktına “ehtimala əsaslanır” səbəbilə edilən etirazı rədd edərək onun məhkəmə qarşısına çıxarılmasına qərar verib.

Məhkəmə Baş nazirin qardaşı David Sançesin 2017-ci ildə Badaxos Şəhər Şurası tərəfindən Musiqi Konservatoriyalarının Fəaliyyətləri üzrə Koordinator vəzifəsinə təyin olunduğu dövrdə inzibati pozuntu və qardaşının siyasi nüfuzundan istifadə etdiyi iddiaları ilə bağlı məhkəmə araşdırmasının davam etməsinə qərar verib.

Qərarda qeyd olunub: “İddia edilən hərəkətin cinayət xarakteri daşıdığına dair kifayət qədər sübut mövcuddur və bu səbəbdən məhkəmə prosesi davam etməlidir”.

Eyni iş üzrə yalnız David Sançes deyil, Baş nazir Sançesin Baş katibi olduğu Sosialist İşçi Partiyasının (PSOE) Ekstremadura muxtar bölgəsinin lideri Migel Anxel Qayardo da daxil olmaqla ümumilikdə 10 nəfər təqsirləndirilən şəxs var.

Digər tərəfdən, İspaniya Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqona Qomes barəsində də hüquqi proses davam edir.

İki ifrat sağçı təşkilat və daha sonra Vox Partiyasının da qoşulduğu bir şikayət əsasında, həyat yoldaşının nüfuzundan istifadə edərək işlədiyi universitetdə bir iş adamının işə götürülməsinə vasitəçilik etdiyi iddia olunan Beqona Qomes barəsində 5 aprel 2024-cü ildə başlanan istintaq hələ də davam edir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri