Bu vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılacaq
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qəbələ, Salyan, Quba, Xaçmaz, Siyəzən və İmişli rayonlarında ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
AzPost-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, araşdırmalar zamanı Qəbələ şəhəri ərazisində “Qəbələ Konserv Zavodu” MMC-nin vəzifəli şəxsi tərəfindən su obyektlərinin mühafizəsi qaydalarının pozulması, “S.A.T.İnvest” MMC-nin fəaliyyəti zamanı tullantıların qalaqlanması və yandırılması nəticəsində ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, həmçinin “Az-İnşaat” MMC tərəfindən Quba rayonu ərazisində, vəzifəli şəxs “SND Group” MMC-nin direktoru Qasımov Elvin Səxavət oğlu tərəfindən İmişli rayonu Çahar kəndi ərazisində qanunsuz olaraq qum-çınqıl qarışığının götürülərək yerin təkindən qanunsuz istifadə edilməsi, Siyəzən rayonunda “MMZ” MMC-nin, Xaçmaz rayonunda “Elfaro” MMC-nin fəaliyyəti zamanı ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228 (icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə), 233.1 (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması), 264.0.1 (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi) və 271-ci (tullantıların qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bakı şəhərinin Xəzər və Nərimanov rayon məhkəmələrinə göndərilib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 06 May 2025 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















