Icma.az
close
up
RU
Baş nazirin yeni müavini kimdir?

Baş nazirin yeni müavini kimdir?

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Teymur Yusif oğlu Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunub.

Avtosfer.az-ın məlumatına görə, yeni Baş nazirin müavini Teymur Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub.

Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunun nəzdində 1 saylı orta məktəbdə başlayıb, 1981-1987-ci illərdə Bakı şəhəri 189 saylı orta məktəbdə davam etdirib. Məktəbi medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub və 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin aktiv üzvü olub. 25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya Komissiyasının qərarı ilə “tibb elmləri namizədi” elmi dərəcəsini alıb. 2003-2004-cü illərdə Fransanın “Universite Strasburg 1” Universitetində “laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi olub.

2013-2015-ci illərdə “Riga International School of Business and Economics” və “Riga Stadins University” birgə magistratura təhsili alaraq 2015-ci ilin may ayında “Master of Health Management (Business Executive)” magistr dərəcəsinə yiyələnib.

Əmək fəaliyyətinə Səhiyyə Nazirliyinin təyinatı ilə Bakı şəhəri 16 saylı poliklinikada həkim-uroloq kimi başlayıb. 1994-1997-ci illərdə sahə həkim-uroloq kimi fəaliyyət göstərib. 1997-2001-ci illərdə “H.T.P.-hi tec Pharm Israel” klinikasının Bakı filialının tibbi direktoru və həkim-uroloq kimi işləyib. 2001-2003-cü illərdə “Azərbaycan Respublikasının İlk Reproduktiv Sağlamlıq” proqramının direktor müavini vəzifəsində çalışıb. 2003-2006-cı illərdə “Baku City Hospital” özəl tibb mərkəzində həkim-uroloq, 2006-2015-ci illərdə “N.Tusi adına Klinika”da ardıcıllıqla həkim-uroloq, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim, tibbi direktor vəzifələrində çalışıb. 2015-2016-cı illərdə “Baku Dobromed Hospital“ özəl tibb mərkəzinin tibbi direktoru olub. 2016-2019-cu illərdə “Chenot Palace Gabala” kurortoloji mərkəzin tibbi direktoru vəzifəsində çalışıb. Daha sonra “Spero Hospital” özəl tibb mərkəzində həkim-uroloq kimi fəaliyyət göstərib.

2020-ci ilin aprel ayından 2021-ci ilin aprel ayınadək Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini, Azərbaycan Respublikası səhiyyə nazirinin səlahiyyətlərinin icraçısı təyin edilib. 19 yanvar 2022-ci ildə isə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Oktyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri