Baş nazirin müavini siyasətdən gedir
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının ən nüfuzlu nümayəndələrindən biri, Baş nazirin müavini Mamuka Mdinaradze siyasətdən getmək qərarına gəldiyini açıqlayıb.
Modern.az xəbər verir ki, Mdinaradze bu barədə avqustun 27-də hökumət administrasiyasında keçirdiyi brifinqdə məlumat verib.
48 yaşlı siyasətçinin sözlərinə görə, bu qərarı özü verib və son həftələr ərzində yekunlaşdırıb. O, açıqlamasından əvvəl Baş nazir İrakli Kobaxidze ilə uzunmüddətli görüş keçirib, cümə axşamı səhər isə “Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə görüşüb.
“Mən vəzifəmi və ümumiyyətlə siyasəti tərk etmək qərarına gəlmişəm”, – deyə Mdinaradze bildirib.
O, siyasətdən getməsinin əsas səbəbini 10 illik siyasi fəaliyyətdən sonra yaranan yorğunluq və üzərindəki yüksək məsuliyyətlə əlaqələndirib:
"Kobaxidze və İvanişvilini qərarını qəbul etməyə inandırmağa çalışıb. Amma hazırda istirahətə ehtiyacım var. Həmkarlarıma təşəkkür edirəm və yalnız müstəsna hallarda – komandanın köməyimə ehtiyac duyduğu və başqa çıxış yolum olmadığı təqdirdə siyasətə qayıda biləcəm. Bundan sonra bizneslə məşğul olmağı sınayacam.
Baxış sayı:127
Bu xəbər 27 Avqust 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















