Icma.az
close
up
RU
Baş prokuror Çin nümayəndə heyəti ilə görüşüb

Baş prokuror Çin nümayəndə heyəti ilə görüşüb

Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 6-da Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Çin Xalq Respublikasının Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyası Katibinin müavini və Milli Nəzarət Komissiyasının sədr müavini Lyu Suesinlə görüşüb.

Qonağı salamlayan Baş prokuror dövlətlər arasında olan dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edərək, müstəqilliyin ilk illərində Ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident cənab İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinin uzaqgörən siyasətləri nəticəsində iki ölkə arasında olan münasibətlərin yüksələn xətlə və uğurla inkişaf etdiyini vurğulayıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Kamran Əliyev, noyabrın 15-də  Baş Prokurorluq tərəfindən “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclasın təşkil olunacağı barədə qonağa məlumat verib.

Lyu Suesin səmimi qəbula görə minnətdarlığını ifadə edərək korrupsiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən islahatları yüksək qiymətləndirib, bu sahədə prokurorluğun rolunu xüsusilə qeyd edib. Qonaq Azərbaycan Respublikasının Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəklədiyini vurğulayaraq təşəkkürünü bildirib.

Daha sonra tərəflər qurumlar arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri, eləcə də əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması barədə fikir mübadiləsi aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 06 Noyabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see231

Zelenski müharibəyə son qoymaq üçün əsas strategiyanı açıqladı

19 İyul 2026 18:51see219

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see206

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see193

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see190

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see186

Wildberries hücumları Rusiya iqtisadiyyatının belini qıra bilər...

19 İyul 2026 18:13see182

Əksərinin zibilə atdığı kartof qabığının bilinməyən istifadələri

19 İyul 2026 10:15see178

Gündə 5 dəfə eyni şeyi yedi, 32 kilo arıqladı FOTO

18 İyul 2026 09:09see175

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see174

Kim olmasından asılı olmayaraq, addım atırıq Rusiya rəsmisindən Ermənistan qərarı

19 İyul 2026 00:39see170

Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?

18 İyul 2026 22:22see169

Şirvanda partlayış necə baş verdi? FOTO

19 İyul 2026 01:21see168

Valeh Kərimovdan zarafatyana cavab: “Sərin yer axtarıram, deyirlər ki, Mingəçevirdə…“

19 İyul 2026 15:01see160

“Aya bir addım: “Artemida III“ missiyası bəşəriyyətə nə göstərəcək?“ NASA

19 İyul 2026 19:24see160

İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

18 İyul 2026 20:23see157

DÇ 2026: 10 qol vuruldu, İngiltərə 60 il sonra medal qazandı

19 İyul 2026 03:30see156

Çimərliklərə gedənlərə FHN dən təkrar Müraciət

19 İyul 2026 18:21see155

Bir milyona villa aldı Foto

18 İyul 2026 08:40see155

Niyə bəziləri işdən evə getməyə tələsmir?

19 İyul 2026 06:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri