Icma.az
close
up
RU

Baş prokuror Çin nümayəndə heyəti ilə görüşüb

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 6-da Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Çin Xalq Respublikasının Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyası Katibinin müavini və Milli Nəzarət Komissiyasının sədr müavini Lyu Suesinlə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, Baş prokuror dövlətlər arasında olan dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edərək, müstəqilliyin ilk illərində Ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinin uzaqgörən siyasətləri nəticəsində iki ölkə arasında olan münasibətlərin yüksələn xətlə və uğurla inkişaf etdiyini vurğulayıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Kamran Əliyev, noyabrın 15-də Baş Prokurorluq tərəfindən “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclasın təşkil olunacağı barədə qonağa məlumat verib.

Lyu Suesin səmimi qəbula görə minnətdarlığını ifadə edərək korrupsiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən islahatları yüksək qiymətləndirib, bu sahədə prokurorluğun rolunu xüsusilə qeyd edib. Qonaq Azərbaycan Respublikasının Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəklədiyini vurğulayaraq təşəkkürünü bildirib.

Daha sonra tərəflər qurumlar arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri, eləcə də əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması barədə fikir mübadiləsi aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Noyabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see280

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see276

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see242

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see234

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see233

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see228

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see226

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see212

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see210

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see208

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see208

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see202

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see201

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see194

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see193

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see185

Rembrandtın avtoportreti 80 ildən sonra Qotaya qayıdıb

06 Sentyabr 2026 10:32see177

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see175

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see162

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri