Icma.az
close
up
RU
Baş Prokurorluq: Elektron Prokurorluq İnformasiya Sistemi beynəlxalq mükafata layiq görülüb

Baş Prokurorluq: Elektron Prokurorluq İnformasiya Sistemi beynəlxalq mükafata layiq görülüb

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Noyabrın 24-25-də Niderland Krallığının Haaqa şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsinin (EACN) 24-cü illik Peşəkar Konfransı və Baş Assambleyasının iclası keçirilib.Tədbirdə EPAC/EACN-ə tərəfdaş olan 100-dən çox korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların 180-dən artıq nümayəndəsi iştirak edib.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, konfransda ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi İsfəndiyar Hacıyev və Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Elşən Orucov təmsil edib.

Tədbirdə çıxış edən nümayəndələrimiz ölkəmizdə maliyyə cinayətlərinin istintaqı, aktivlərin qaytarılması, süni intellekt və müasir texnologiyaların tətbiqi sahəsində əldə edilmiş təcrübə barədə iştirakçıları məlumatlandırıb.

Eyni zamanda, qeyd edilib ki, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası” rəqabətqabiliyyətli süni intellekt ekosisteminin yaradılması, süni intellekt həllərinin dövlət qurumlarının fəaliyyətində tətbiq edilməsi, milli məlumat infrastrukturunun genişləndirilməsi və bu sahədə analitik imkanların gücləndirilməsi kimi istiqamətləri özündə əks etdirir.

Bundan əlavə, nümayəndələrimiz EPAC/EACN tərəfindən təqdim olunan “Ən yaxşı antikorrupsiya təşəbbüsü” layihəsində iştirak etmiş və təqdim olunan “Elektron Prokurorluq İnformasiya Sistemi”nin (EPİS) fəaliyyəti yüksək innovasiya kimi qiymətləndirilərək beynəlxalq sertifikata layiq görülüb.

Tədbirin sonunda Qurumun Baş Assambleyasının iclası çərçivəsində yeni 3 qurum təşkilatın üzvlüyünə qəbul edilib, Litvanın Xüsusi İstintaq Xidmətinin direktoru Linas Pernavas EPAC/EACN-in sədri seçilib və təşkilatın növbəti illik konfransının Monteneqroda keçirilməsi qərara alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Noyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri