“Elektron Prokurorluq” informasiya sistemi 2 ildən çoxdur ki, tətbiq edilir
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
"Prokurorluq orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin “Respublika prokurorluğu və Baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir” sözləri prokurorluğa ali səviyyədə olan diqqət və qayğının göstəricisidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında yenidən Baş prokuror seçilən Kamran Əliyev çıxışı zamanı deyib.
K.Əliyev bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların mütərəqqi nəticəsi kimi onun tərəfindən imzalanmış müvafiq Fərmanlarla yaradılmış “Elektron Prokurorluq” informasiya sistemi artıq 2 ildən çox bir müddətdir ki, tətbiq edilməkdədir.
"Nəticədə bütün prokurorluq orqanlarının işi rəqəmsallaşdırılmış, fəaliyyət istiqamətlərinə uyğun olaraq icraatlar üzrə proseslər sürətlənmişdir ki, bu da fəaliyyətimizdə çevikliyi artırmaqla vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət etməkdədir".
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 01 May 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















