Icma.az
close
up
RU
Baş Prokurorluq Xaçmazda konfrans keçirdi Fotolar

Baş Prokurorluq Xaçmazda konfrans keçirdi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Oktyabrın 17-də “Konstitusiya və Dövlət Suverenliyi: Hüquqi Aspektlər və Çağırışlar” mövzusunda Baş Prokurorluq tərəfindən regional konfrans Xaçmazda keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Orxan İsayev açılış nitqi ilə çıxışında konstitusiya prinsiplərinin müdafiəsində prokurorluğun funksional rolunu açıqlayıb.

O bildirib ki, hüquqi dövlətin möhkəmləndirilməsi üçün qanunun aliliyinin təmin olunması və dövlət ittihamçılarının obyektiv mövqedə dayanması əsas prioritetlərdəndir.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov öz çıxışında Azərbaycan Ordusunun dövlət suverenliyinin qorunmasında oynadığı rol, informasiya təhlükəsizliyi sahəsində görülən tədbirlər və dezinformasiyalara qarşı mübarizə mexanizmləri barədə ətraflı məlumat verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri və ictimaiyyətlə effektiv ünsiyyətin vacibliyi barədə danışıb. Kənan Zeynalov hüquqi informasiyanın cəmiyyətə düzgün və vaxtında çatdırılmasının dövlətə olan inamın möhkəmləndirilməsində önəmli rol oynadığını qeyd edib.

“Dövlət suverenliyinin və konstitusiya dəyərlərinin qorunmasında medianın rolu” mövzusunda çıxış edən ARB Günəş və ARB Şimal televiziyalarının direktoru Məhsim Məhsimov medianın hüquqi maarifləndirmə və ictimai nəzarət baxımından mühüm vasitə olduğunu qeyd edib. O, jurnalistlərin hüquqi biliklərinin artırılmasının və medianın dövlət orqanları ilə əməkdaşlığının vacibliyini vurğulayıb.

Konfransda I Qarabağ müharibəsi veteranı, Xaçmaz şəhər sakini Sabir Məmmədov da çıxış edərək, 1994-cü il aprelin 9-da Ulu Öndər Heydər Əliyevin Füzuli-Horadiz istiqamətindəki hərbi hissələrdə əsgərlərlə görüşü zamanı onunla şəxsən tanış olduğu unudulmaz xatirələrini bölüşüb. Sabir Məmmədov həmin tarixi görüşlərin Azərbaycan Ordusunun döyüş ruhunun möhkəmlənməsində və torpaqlarımızın müdafiəsi uğrunda mübarizə əzminin daha da yüksəlməsində müstəsna rol oynadığını xüsusi vurğulayıb.

Tədbir çərçivəsində dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media nümayəndələri arasında hüquqi əməkdaşlıq, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və gənclər arasında hüquqi şüurun artırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər səsləndirilib.






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri