Icma.az
close
up
RU
Baş Prokurorluqda ElmiMəsləhət Şurasının növbəti iclası keçirildi

Baş Prokurorluqda ElmiMəsləhət Şurasının növbəti iclası keçirildi

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 10-da müxtəlif dövlət qurumlarının təcrübəli əməkdaşlarının, tanınmış hüquqşünasların, o cümlədən aparıcı ali təhsil və hüquq üzrə ixtisaslaşmış müəssisələrin professor-müəllim heyətinin, hakim və vəkillərin, habelə qeyri-hökumət təşkilatların nümayəndələrinin iştirakı ilə aktual mövzulara həsr olunan Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Bu barədə Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev qeyd edib ki, mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin, dövlətimizin tərəqqi yolu ilə inkişaf etməsinin, qabaqcıl ölkələr sırasında layiqli yer tutmasının məntiqli nəticəsidir.

Vurğulanıb ki, dünyanın ən aktual bəşəri problemlərinin müzakirə edildiyi mühüm beynəlxalq platforma olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının məhz Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əhəmiyyətli olub.

İclasda Şura üzvlərinə noyabrın 15-də Azərbaycan Prokurorluğunun təşkilatçılığı ilə COP29 çərçivəsində 200-dən artıq xarici və ölkədaxili qonaqların iştirakı ilə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda keçirilmiş yüksək səviyyəli sessiyanın mahiyyəti barədə geniş məlumat verilib.

Həmçinin iclasda dünya prokurorlarının yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 110 yurisdiksiyadan və beynəlxalq təşkilatlardan 470-dən artıq xarici prokurorların qatıldığı İllik Konfransının və digər tədbirlərinin sentyabrın 28-dən oktyabrın 2-dək Bakıda keçirildiyi, həmin tədbirlərdə dünya ictimaiyyəti üçün önəmli məsələlərin müzakirəyə çıxarılması ətrafında söhbət aparılıb.

Elmi-Məsləhət Şurasının iclası çərçivəsində prokurorluq orqanlarında kriminalistikanın nailiyyətlərindən istifadənin səmərəliliyinin artırılması müzakirəyə çıxarılaraq, hüquq mühafizə orqanlarının fəaliyyəti üçün kriminalistik biliklərinin vacibliyi, ali və ixtisaslaşmış təhsil müəssisələrində Kriminalistika fənninin tədrisinin təkmilləşdirilməsi, bu sahədə tədris planlarına rəqəmsal kriminalistika, penitensiar psixologiya, kriminoloji genetika kimi yeni fənn proqramlarının əlavə olunması, eləcə də, kibercinayətlərin müəyyən edilməsi və açılmasında kriminalistikanın rolu vurğulanıb.

Daha sonra tədbir iştirakçıları tərəfindən iclasda təqdimatları keçirilmiş Baş Prokurorluğun “Kriminalistika fənninin tədrisi və kriminalistik biliklərin tətbiqi vəziyyəti”, “Azərbaycan Prokurorluğunun qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində fəaliyyəti”, “Prokurorluq orqanlarının peşə hazırlığı, elmi-tədqiqat və metodiki iş sahəsində beynəlxalq əməkdaşlıq təcrübəsi: 2020 – 2024” adlı vəsaitləri böyük maraqla qarşılanıb.

Baş Prokurorluq gənc hüquqşünasların ixtisaslı kadr kimi formalaşmasına xüsusi diqqət yetirdiyi üçün ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edilir. Bundan başqa, prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünün qeyd edilməsi ərəfəsində 10 ali təhsil və hüquq üzrə ixtisaslaşmış müəssisələrinin 200-dən artıq tələbə və kursantlarının, eləcə də müəllim heyətinin nümayəndələrinin iştirakı ilə maraqlı və rəqabət şəraitində keçirilmiş ekoloji hüquqpozmalarla mübarizə mövzusunda interaktiv yarışın qaliblərinə Şuranın iclasında təntənəli şəkildə kuboklar və sertifikatlar təqdim edilib.

Sonda Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında qaldırılan məsələlərə dair ətraflı müzakirələr aparılıb, Şura üzvlərinin rəy və təklifləri dinlənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://publika.az
archiveBu xəbər 11 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri