Icma.az
close
up
RU
Baş prokuror yanında ElmiMəsləhət Şurasının iclası keçirildi FOTOLAR

Baş prokuror yanında ElmiMəsləhət Şurasının iclası keçirildi FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 10-da müxtəlif dövlət qurumlarının təcrübəli əməkdaşlarının, tanınmış hüquqşünasların, o cümlədən aparıcı ali təhsil və hüquq üzrə ixtisaslaşmış müəssisələrin professor-müəllim heyətinin, hakim və vəkillərin, habelə qeyri-hökumət təşkilatların nümayəndələrinin iştirakı ilə aktual mövzulara həsr olunan Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev qeyd edib ki, mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı xarici siyasətin, dövlətimizin tərəqqi yolu ilə inkişaf etməsinin, qabaqcıl ölkələr sırasında layiqli yer tutmasının məntiqli nəticəsidir.

Vurğulanıb ki, dünyanın ən aktual bəşəri problemlərinin müzakirə edildiyi mühüm beynəlxalq platforma olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının məhz Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əhəmiyyətli olub. 

İclasda Şura üzvlərinə noyabrın 15-də Azərbaycan Prokurorluğunun təşkilatçılığı ilə COP29 çərçivəsində 200-dən artıq xarici və ölkədaxili qonaqların iştirakı ilə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda keçirilmiş yüksək səviyyəli sessiyanın mahiyyəti barədə geniş məlumat verilib.

Həmçinin iclasda dünya prokurorlarının yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 110 yurisdiksiyadan və beynəlxalq təşkilatlardan 470-dən artıq xarici prokurorların qatıldığı İllik Konfransının və digər tədbirlərinin sentyabrın 28-dən oktyabrın 2-dək paytaxtımızda keçirildiyi, həmin tədbirlərdə dünya ictimaiyyəti üçün önəmli məsələlərin müzakirəyə çıxarılması ətrafında söhbət aparılıb.

Elmi-Məsləhət Şurasının iclası çərçivəsində prokurorluq orqanlarında kriminalistikanın nailiyyətlərindən istifadənin səmərəliliyinin artırılması müzakirəyə çıxarılaraq, hüquq mühafizə orqanlarının fəaliyyəti üçün kriminalistik biliklərinin vacibliyi, ali və ixtisaslaşmış təhsil müəssisələrində Kriminalistika fənninin tədrisinin təkmilləşdirilməsi, bu sahədə tədris planlarına rəqəmsal kriminalistika, penitensiar psixologiya, kriminoloji genetika kimi yeni fənn proqramlarının əlavə olunması, eləcə də, kibercinayətlərin müəyyən edilməsi və açılmasında kriminalistikanın rolu vurğulanıb.

Daha sonra tədbir iştirakçıları tərəfindən iclasda təqdimatları keçirilmiş Baş Prokurorluğun “Kriminalistika fənninin tədrisi və kriminalistik biliklərin tətbiqi vəziyyəti”, “Azərbaycan Prokurorluğunun qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində fəaliyyəti”, “Prokurorluq orqanlarının peşə hazırlığı, elmi-tədqiqat və metodiki iş sahəsində beynəlxalq əməkdaşlıq təcrübəsi: 2020 – 2024” adlı vəsaitləri böyük maraqla qarşılanıb.

Baş Prokurorluq gənc hüquqşünasların ixtisaslı kadr kimi formalaşmasına xüsusi diqqət yetirdiyi üçün ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edilir. Bundan başqa, prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünün qeyd edilməsi ərəfəsində 10 ali təhsil və hüquq üzrə ixtisaslaşmış müəssisələrinin 200-dən artıq tələbə və kursantlarının, eləcə də müəllim heyətinin nümayəndələrinin iştirakı ilə maraqlı və rəqabət şəraitində keçirilmiş ekoloji hüquqpozmalarla mübarizə mövzusunda interaktiv yarışın qaliblərinə Şuranın iclasında təntənəli şəkildə kuboklar və sertifikatlar təqdim edilib.

Sonda Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında qaldırılan məsələlərə dair ətraflı müzakirələr aparılıb, Şura üzvlərinin rəy və təklifləri dinlənilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see314

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see125

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see120

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see117

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see117

Mingəçevir 30 futbolçu ilə hazırlaşsa da... SON DURUM

07 Avqust 2025 14:09see115

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see114

Keyn Son Hın Minin ABŞ klubuna keçidindən yazdı

08 Avqust 2025 17:33see114

Qarabağ cavab oyununda nə etməlidir? ANALİZ

07 Avqust 2025 14:03see114

Qarabağ ın maraqlandığı hücumçu İspaniya klubunda

08 Avqust 2025 22:49see113

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see113

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

08 Avqust 2025 22:34see113

“Araz Naxçıvan”ın futbolçusu: İnanıram ki, cavab matçında daha yaxşı nəticə göstərəcəyik

07 Avqust 2025 22:50see112

ABŞ ordusu növbəti müharibədə dəhşətli itkilər verə bilər General səbəbləri açıqladı

07 Avqust 2025 13:20see112

“Komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşmaq lazımdı” Elmar Baxşıyev

07 Avqust 2025 23:00see111

Papua Yeni Qvineyada güclü zəlzələ olub

07 Avqust 2025 23:19see111

Tramp Hindistana tətbiq ediləcək 25% rüsumdan vaz keçə bilər ABŞ nin Azərbaycandakı keçmiş səfiri

07 Avqust 2025 19:24see111

ABŞ ın Zəngəzur dəhlizini açması Çinə ciddi zərbə vura bilər İran təxribatdan ƏL ÇƏKMİR KONKRET

08 Avqust 2025 22:41see111

Yol İdarəsinin rəisini maşında içkili halda saxladılar, həbs qərarı verildi

07 Avqust 2025 18:30see110

ABŞ Ayın ərazisini ilk işğal edən olmaq istəyir...

07 Avqust 2025 20:35see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri