Icma.az
close
up
RU
Baş Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi FOTOLAR

Baş Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi FOTOLAR

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 11-də Baş Prokurorluqda müstəqil və müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Gununsesi.info xəbər verir ki, əvvəlcə Baş Prokurorluğun rəhbərliyi Ümummilli liderin büstünü ziyarət edib, önünə gül dəstələri qoymuşdur.

Tədbirin açılışında Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycanın qurucusu, dövlətçilik salnaməsinin banisi, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin tarixində və talehində silinməz izlər buraxıb, ölkəmizin müstəqilliyini təmin edərək, xalqımıza böyük gələcək perspektivləri açıb.

Heydər Əliyev fəaliyyəti dövründə daim dərin hisslərlə bağlı olduğu vətəni Azərbaycanın, özünə dayaq bildiyi xalqının gələcəyi və rifahı naminə çalışıb. Onun siyasi fəaliyyətinin ən mühüm məqamlarından biri, Sovet İttifaqı dövründə yüksək vəzifələrdə olmasına baxmayaraq, Azərbaycan xalqının milli maraqlarını, tarixini və adət-ənənələrini qorumaq məqsədilə göstərdiyi mübarizə olub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci Katibi vəzifəsində fəaliyyəti zamanı Heydər Əliyev, ölkəmizin inkişaf tarixində yeni bir dövr başlatmış və məhz onun rəhbərliyi altında, Azərbaycanın sosial-iqtisadi inkişafında müsbət dəyişikliklər baş verib, bütün bölgələrdə, o cümlədən Naxçıvanda böyük infrastruktur layihələri həyata keçirilib.

Xüsusilə qeyd edilib ki, Heydər Əliyevin qətiyyəti və ağır əməyi sayəsində Sovetlər Birliyi dönəmində sosial-iqtisadi böhran keçirən Azərbaycan 1970-1980-ci illərdə İttifaqın ən qabaqcıl respublikalarından biri olub. Ümumilikdə 1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində ölkəmizdə yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, 250-dən çox İttifaq miqyaslı sənaye müəssisələri fəaliyyətə başlayıb.

Həmçinin vurğulanıb ki, həmin illərdə, Ulu Öndərin fəaliyyəti nəticəsində xalqın milli mənlik şüurunun, mədəniyyətinin və dilinin inkişafına güclü təkan verən silsilə tədbirlərin icrası sayəsində milli oyanışın, eləcə də Azərbaycanın gələcək müstəqilliyinin təmininə yönələn milli mübarizə ruhunun əsası qoyulub.

Tarixin bütün çağlarında müdrik və dahi rəhbərlərin mövcudluğuna ehtiyac duyulduğunu çıxışında qeyd edən Baş prokuror, dünya siyasətində aparıcı mövqeyə malik olmuş dövlət rəhbərlərinin Ulu öndər haqqında səsləndirdikləri fikirlərdən sitat gətirib.

Daha sonra çıxışda bildirilib ki, Heydər Əliyev dahi siyasətçi olmaqla yanaşı, uzaq görən və müdrik dövlət rəhbəri idi. Vaxtilə onun tərəfindən atılmış addımlar bəzi bədxahlar tərəfindən qəbul edilməsə də və bu tədbirlərin əsl mahiyyətinin təhrif edilməsinə cəhdlər edilsə də, zaman bütün həqiqətləri ortaya çıxarıb. Atılmış hər bir addımın, o dönəmdə verilmiş hər bir qərarın məhz Azərbaycan xalqının mənafeyinə xidmət etməsini sübut edib.

Belə ki, torpaqlarının 20%-i işğal altında olan Azərbaycanla Ermənistan arasında atəşkəsə nail olmaq məqsədi ilə 1994-cü il mayında imzalanmış Bişkek protokolu həmin dövrdə bir mənalı qarşılanmasa da, tarix sübut etdiki müəyyən məsələlərin həllində müsbət nəticənin əldə edilməsi üçün uzaq görənlik və qətiyyətlə addım atılmalı və məsuliyyətə sahiblənmək lazımdır.

Ulu öndərin simasında biz bu qətiyyətin və uzaq görənliyin şahidi olduq. Artıq Azərbaycan dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi edən, regional və dünya siyasətində aparıcı mövqeyə malik, torpaqlarını öz qüvvəsi hesabına işğaldan azad etmiş qüdrətli bir dövlətdir.

Tədbirdə həmçinin Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova “Heydər Əliyev: qanunvericiliyin inkişafında tarixi missiya” mövzusunda çıxış edib, Ümummilli liderin xatirəsinə həsr olunmuş “Müstəqil Azərbaycanın böyük uğurlarında Heydər Əliyevin rolu” sənədli filmə baxılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Dekabr 2024 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri