Icma.az
close
up
RU

Baş Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 11-də Baş Prokurorluqda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə APA-ya Baş prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun rəhbərliyi Ümummilli liderin büstünü ziyarət edib.

Tədbirin açılışında Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycanın qurucusu, dövlətçilik salnaməsinin banisi, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin tarixində və talehində silinməz izlər buraxıb, ölkəmizin müstəqilliyini təmin edərək, xalqımıza böyük gələcək perspektivləri açıb.

Heydər Əliyev fəaliyyəti dövründə daim dərin hisslərlə bağlı olduğu vətəni Azərbaycanın, özünə dayaq bildiyi xalqının gələcəyi və rifahı naminə çalışıb. Onun siyasi fəaliyyətinin ən mühüm məqamlarından biri, Sovet İttifaqı dövründə yüksək vəzifələrdə olmasına baxmayaraq, Azərbaycan xalqının milli maraqlarını, tarixini və adət-ənənələrini qorumaq məqsədilə göstərdiyi mübarizə olub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci Katibi vəzifəsində fəaliyyəti zamanı Heydər Əliyev, ölkəmizin inkişaf tarixində yeni bir dövr başlatmış və məhz onun rəhbərliyi altında, Azərbaycanın sosial-iqtisadi inkişafında müsbət dəyişikliklər baş verib, bütün bölgələrdə, o cümlədən Naxçıvanda böyük infrastruktur layihələri həyata keçirilib.

Tarixin bütün çağlarında müdrik və dahi rəhbərlərin mövcudluğuna ehtiyac duyulduğunu çıxışında qeyd edən Baş prokuror, dünya siyasətində aparıcı mövqeyə malik olmuş dövlət rəhbərlərinin Ulu öndər haqqında səsləndirdikləri fikirlərdən sitat gətirib.

Daha sonra çıxışda bildirilib ki, Heydər Əliyev dahi siyasətçi olmaqla yanaşı, uzaq görən və müdrik dövlət rəhbəri idi. Vaxtilə onun tərəfindən atılmış addımlar bəzi bədxahlar tərəfindən qəbul edilməsə də və bu tədbirlərin əsl mahiyyətinin təhrif edilməsinə cəhdlər edilsə də, zaman bütün həqiqətləri ortaya çıxarıb. Atılmış hər bir addımın, o dönəmdə verilmiş hər bir qərarın məhz Azərbaycan xalqının mənafeyinə xidmət etməsini sübut edib.

Belə ki, torpaqlarının 20%-i işğal altında olan Azərbaycanla Ermənistan arasında atəşkəsə nail olmaq məqsədi ilə 1994-cü il mayında imzalanmış Bişkek protokolu həmin dövrdə bir mənalı qarşılanmasa da, tarix sübut etdiki müəyyən məsələlərin həllində müsbət nəticənin əldə edilməsi üçün uzaq görənlik və qətiyyətlə addım atılmalı və məsuliyyətə sahiblənmək lazımdır.

Ulu öndərin simasında biz bu qətiyyətin və uzaq görənliyin şahidi olduq. Artıq Azərbaycan dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi edən, regional və dünya siyasətində aparıcı mövqeyə malik, torpaqlarını öz qüvvəsi hesabına işğaldan azad etmiş qüdrətli bir dövlətdir.

Tədbirdə həmçinin Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova “Heydər Əliyev: qanunvericiliyin inkişafında tarixi missiya” mövzusunda çıxış edib, Ümummilli liderin xatirəsinə həsr olunmuş “Müstəqil Azərbaycanın böyük uğurlarında Heydər Əliyevin rolu” sənədli filmə baxılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Dekabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri