Icma.az
close
up
RU
Baş Prokurorluqda kollegiya iclası

Baş Prokurorluqda kollegiya iclası

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyulun 24-də Baş prokuror Kamran Əliyev respublikanın prokurorluq orqanlarında 2026-cı ilin birinci yarımilində fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin, əldə edilmiş nəticələrin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans rejimində geniş kollegiya iclası keçirib.

Baş prokuror cari ilin birinci yarımilində ölkəmizdə ictimai-siyasi, iqtisadi, hüquqi və beynəlxalq münasibətlər müstəvisində baş vermiş mühüm hadisələrin önəmi və ümummilli tərəqqiyə göstərdiyi müsbət təsir barədə məlumat verib. O bildirib ki, regionda və dünyada müşahidə olunan mürəkkəb geosiyasi gərginliklər fonunda cari ilin birinci yarımilində də ölkəmizdə sosial-iqtisadi inkişaf və sabitlik təmin edilib.

Qeyd edilib ki, 2026-cı ilin birinci yarımilində də ölkə rəhbəri və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa, yenidənqurma və məskunlaşma siyasəti ardıcıl şəkildə davam etdirilib. Ölkədə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, hüquq qaydasının möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə sahəsində görülən sistemli tədbirlərin nəticəsi olaraq, hesabat dövründə qeydə alınmış cinayətlərin sayında azalma müşahidə ediib.

Daha sonra Baş prokuror prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq- mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünüs öyləyib.

Bildirilib ki, cari ilin birinci yarımilində ölkə ərazisində 15 min 420 cinayət qeydə alınmaqla onların 90,7 faizinin açılması təmin edilib, ümumilikdə, ölkə üzrə cəmi 7 min 893 cinayət işinin istintaqı tamamlanıb, onların 470-i prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları 269, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5511 cinayət işinin ibtidai istintaqını yekunlaşdıraraq məhkəmələrə göndərib.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə müəyyən edilmiş maddi ziyandan istintaq tədbirləri ilə 27 milyon 152 min manatın ödənilməsi təmin edilib, 3 milyon 485 min manat məbləğində əmlak üzərinə isə həbs qoyulub və müəyyən edilən ziyanın tam ödənilməsi üçün hazırda tədbirlər davam etdirilir.

Qeyd olunub ki, “Elektron prokurorluq” informasiya sistemi hesabat dövründə daha da təkmilləşdirilib, aidiyyəti modulların funksionallığı məhkəməyədək icraatın elektron qaydada aparılmasına uyğunlaşdırılıb, EPİS-də yeni modullar yaradılıb.

Hesabat dövründə ölkə rəhbərinin siyasi fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri olan korrupsiyaya və rüşvətxorluğa qarşı barışmaz mübarizə xətti əvvəlki illərdə olduğu kimi, ardıcıl şəkildə davam etdirilib. Prokurorluq orqanları 563 apellyasiya və 155 kassasiya protestləri verib, 355 apellyasiya və 55 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmələr tərəfindən yol verilmiş hüquqi xarakterli uyğunsuzluqlar aradan qaldırılıb.

Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci ildə qəbul etdiyi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın uğurla icra olunduğu, amnistiya aktının, ümumilikdə, 22 min 935 şəxsə şamil edilməsinin cəza siyasətinin humanist prinsiplərinin həyata keçirilməsinə, məhkumların islah olunmasına mühüm töhfə verdiyi qeyd edilib.

Qeyd edilib ki, Baş Prokurorluğun “961 Çağrı Mərkəzi”nə 2026-cı ilin birinci yarımilində daxil olmuş müraciətlərdən 13 min 305-i üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib, 2 min 576 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılıb.

Kollegiya iclasında qeyd olunub ki, Baş Prokurorluqda aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 6-na töhmət və ya şiddətli töhmət elan edilmiş, 2 nəfər tutduğu vəzifədən azad olunub.

Vurğulanıb ki, 2026-cı ilin birinci yarımilində də vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Baş prokuror respublikanın 14 şəhər və rayonunda 400-dən artıq vətəndaşı qəbul edib.

Bundan əlavə, 2026-cı ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün Bakı şəhərində keçiriləcəyi diqqətə çatdırılmaqla tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi istiqamətində görülən işlərin intensiv qaydada davam etdirilməsi tapşırılıb.

Daha sonra Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov və Heydər Məmmədov, habelə Baş prokurorun müavini – Hərbi prokuror Bəhruz Əhmədov, Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov, Qobustan, Xocalı rayon və Ağdam hərbi prokuroru hesabat dövründə görülmüş işlərlə bağlı məruzələrlə çıxış ediblər. Müzakirələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Prokurorluğu orqanları və əməkdaşlarının hər zaman olduğu kimi, bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin uğurla icrasına öz xidmətləri ilə dəstək olacaqlarına əminliyini ifadə edib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyul 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri