Icma.az
close
up
RU
Baş Prokurorluqda kollegiya iclası keçirildi

Baş Prokurorluqda kollegiya iclası keçirildi

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluqda cari ildə görülmüş işlərə və qarşıda duran aktual məsələlərə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan məlumat verilib.

İclası giriş nitqi ilə açan Baş prokuror bildirib ki, dünyada və regionda müşahidə olunan mürəkkəb geosiyasi vəziyyət fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, hüquqi islahatların davam etdirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin olunması və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasətin uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə sabitlik təmin edilməklə Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb. Eyni zamanda, prokurorluq orqanlarının aidiyyəti dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Eyni zamanda "Şəhərsalma və Memarlıq İli" elan edilmiş 2026-cı ildə ölkəmizdə şəhərsalma və infrastrukturun inkişafı istiqamətində müasir şəhərsalma prinsiplərinin tətbiqi, dayanıqlı və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması, eləcə də işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının geniş tətbiqinin bu sahədə həyata keçirilən siyasətin əsas qayəsini təşkil etməsi vurğulanaraq, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin və bunun məntiqi davamı olaraq soydaşlarımızın öz doğma yurd-yuvalarına intensiv formada köçünün təmin edilməsinin cari ildə də planlı şəkildə həyata keçirilməsi müsbət hal qismində qeyd edilib.

İclasda, həmçinin, bu müddət ərzində prokurorluq orqanlarında görülmüş işlər, əldə edilmiş nailiyyətlərdən bəhs edilərək xidməti fəaliyyətin təkmilləşdirilməsi, keyfiyyətinin daha da artırılması istiqamətində qarşıda duran əsas prioritetləri, o cümlədən Cinayət və Cinayət-Prosessual Məcəllələrində cinayət mühakimə icraatının elektron qaydada aparılması, elektron formada sübutlarla, onların toplanması, mühafizəsi və digər məsələlərlə bağlı edilmiş dəyişikliklərlə əlaqədar prosessual fəaliyyətdə tətbiqi zəruri əhəmiyyət kəsb edən təşkilati və hüquqi məsələlər diqqətə çatdırılıb.

Daha sonra Geniş Kollegiya iclasının gündəliyinə uyğun olaraq bir sıra aktual məsələlər müzakirə olunub.

İclasda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün təşkili ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə Baş prokurorun müavini Heydər Məmmədov məruzə ilə çıxış edərək cari ildə Azərbaycan Respublikasında keçirilməsi nəzərdə tutulan bu mötəbər tədbirin ölkəmizin beynəlxalq hüquq-mühafizə əməkdaşlığında fəal iştirakının və korrupsiyaya qarşı mübarizə sahəsində təşəbbüskar mövqeyinin göstəricisi olduğunu, həmçinin görüş çərçivəsində iştirakçı dövlətlər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, institusional əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm nəticələrin əldə ediləcəyini vurğulayıb.

Bundan başqa iclasda cinayət mühakimə icraatının elektron qaydada aparılması və elektron formada sübutlarla bağlı qanunvericiliyə edilmiş son dəyişikliklərdən irəli gələn vəzifələr ilə bağlı Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, İstintaq idarəsinin rəisi Nemət Əvəzov, əlaqədar digər məsələlərlə bağlı isə Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin İnformasiya texnologiyaları şöbəsinin rəisi Akif Məmmədyarov və Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev, Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Sahib İsmayılov, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifəyə təyinata razılıq verilməsi ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış ediblər.

Müzakirələr zamanı Kollegiya üzvləri və iclasa dəvət olunmuş şəxslər gündəliyə salınmış məsələlər ətrafında çıxış edərək təkliflərini səsləndirib, sonda gündəlikdə olan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.

İclasa yekun vuran Baş prokuror cari ildə prokurorluq orqanlarının qarşısında duran kifayət qədər məsuliyyətli məsələlərin həlli istiqamətində hər bir prokurorluq əməkdaşının öz bilik və təcrübəsini səfərbər edəcəyinə, prosessual fəaliyyətin yeni mərhələyə keçidinin təşkili və icrası ilə bağlı qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə və bundan sonra da hər zaman olduğu kimi qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və dövlət maraqlarının qorunması istiqamətində fəaliyyətlərini ən yüksək tələblər səviyyəsində quracaqlarına əminliyini ifadə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Aprel 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri