Baş Prokurorluqda səkkiz əməkdaş intizam məsuliyyətinə cəlb edilib
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Baş Prokurorluqda bu ilin birinci yarısında aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, intizam məsuliyyətinə cəlb olunan əməkdaşlardan 6-na töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər isə tutduğu vəzifədən azad olunub.
Həmçinin qeyd edilib ki, hesabat dövründə kadr işinin müasir tələblərə uyğun təşkili və təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Nümunəvi fəaliyyətlərinə görə 110 prokurorluq işçisi həvəsləndirilib, eyni zamanda işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə 30 ştat vahidi üzrə 28-ci müsabiqə elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 24 İyul 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















