Icma.az
close
up
RU
Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Baş Prokurorluqda müstəqil və müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə Baş Prokurorluğun rəhbərliyi Ümummilli liderin büstünü ziyarət edib.

Tədbirin açılışında Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb və Dövlət Himni səsləndirilib.

Tədbirdə Ulu Öndərin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında oynadığı tarixi rol, onun siyasi uzaqgörənliyi və yaratdığı möhkəm idarəçilik ənənələri geniş şəkildə diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Heydər Əliyevin dövlət quruculuğundakı misilsiz xidmətlərinin məntiqi davamı olmaqla, onun dövlətçilik irsinə dərin ehtiramın göstəricisidir.

Baş prokuror qeyd edib ki, Heydər Əliyevin həm sovet dövründə Respublikamızı böyük inkişaf yoluna çıxarması, həm 20 Yanvar faciəsi zamanı xalqın hüquqlarını cəsarətlə müdafiə etməsi, həm də 1993-cü ildə ölkəyə rəhbərliyə qayıdaraq siyasi xaosu aradan qaldırması müasir Azərbaycanın taleyində həlledici rol oynayıb.

Bildirilib ki, Ulu Öndərin rəhbərliyi ilə əldə edilən 1994-cü il atəşkəsi, “Əsrin müqaviləsi”nin imzalanması, qlobal enerji və infrastruktur layihələrinin həyata keçirilməsi, eləcə də hüquq sistemində aparılan islahatlar Azərbaycanın dayanıqlı və güclü dövlətə çevrilməsi üçün möhkəm baza yaratmışdır.

Çıxış zamanı vurğulanıb ki, Azərbaycanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasının hazırlanması və qəbul olunması Ümummilli Lider Heydər Əliyevin tarixi dövlətçilik xidmətlərinin ən mühüm mərhələlərindən biridir. Onun rəhbərliyi ilə formalaşdırılmış bu əsas qanun müstəqil dövlətçiliyimizin siyasi-hüquqi sütununu yaradaraq demokratik idarəetmə modelinin, insan hüquq və azadlıqlarının təminatının, habelə hakimiyyət qolları arasında tarazlığın hüquqi çərçivəsini müəyyən edib.

Baş prokuror qeyd edib ki, bu gün ölkədə hüququn aliliyinin təmin olunması və institusional islahatların uğurla həyata keçirilməsi məhz Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın verdiyi möhkəm hüquqi baza üzərində qurulub.

Diqqətə çatdırılıb ki, dahi liderin dövlətçilik fəlsəfəsi bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən Birinci vitse-prezident Mehriban Əliyevanın da yaxından iştirakı ilə yeni mərhələdə uğurla davam etdirilir.

Bekə ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə, azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq prosesi və dövlətimizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması məhz Ulu Öndərin müəyyən etdiyi strateji kursun məntiqi nəticəsidir.

Qeyd olunanlarla yanaşı tədbirdə diqqətə çatdırılıb ki, Heydər Əliyev irsi prokurorluq orqanlarının fəaliyyətində daim əsas istiqamət kimi rəhbər tutulur və hüququn aliliyinin təmin olunması istiqamətində ardıcıl işlər həyata keçirilir.

Tədbirdə həmçinin Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Sahib İsmayılov “Ümummilli Liderin konstitusiya quruculuğu irsi, müstəqil və suveren Azərbaycan modeli” mövzusunda çıxış edib,

Sonda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən hazırlanmış və Ümummilli liderin xatirəsinə həsr olunmuş “Xalqın Adamı: Xalqını zülmətdən işığa çıxaran böyük xilaskar” sənədli filmə baxılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Dekabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri