Icma.az
close
up
RU
Baş prokurorun müavini Parisdə beynəlxalq tədbirdə iştirak edib Foto

Baş prokurorun müavini Parisdə beynəlxalq tədbirdə iştirak edib Foto

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

7-10 iyul tarixlərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Parisdəki qərargahında Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin (ACN) 24-cü Plenar iclası və Şəbəkənin İdarə Heyətinin 30-cu görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirlərdə ölkəmizi Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Heyətdə Ali Məhkəmənin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Səbuhi Alıyev, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın katibi Təbriz Musayev və digər əməkdaşlar da yer alıb.

Plenar iclasda Şəbəkənin İstanbul Anti-Korrupsiya Fəaliyyət Planının V monitorinq mərhələsi çərçivəsində ölkəmiz üzrə daha öncə təqdim edilmiş tövsiyələrin icrası ilə əlaqədar tərəqqi hesabatı müzakirə edilərək qəbul edilib.

Dəyərləndirmə nəticəsində ixtisaslaşmış anti-korrupsiya qurumunun fəaliyyəti, dövlət satınalmalarında şəffaflıq, həmçinin məhkəmə sisteminin müstəqilliyinin təmini və digər istiqamətlərdə görülmüş tədbirlərin müsbət nəticələri vurğulanıb.

İclasda Ukrayna, Moldova və digər ölkələr üzrə dəyərləndirmə hesabatları qəbul edilib, Şəbəkənin 2023-2026-cı illər üzrə İş Proqramının icrası, habelə həyata keçirilmiş müxtəlif regional layihələr müzakirə edilib.

Nümayəndə heyətimiz Şəbəkənin İdarə Heyətinin iclasında çıxış edərək son dövrdə ölkəmizdə korrupsiya və oxşar neqativ halların qarşısının alınması və ona qarşı mübarizə ilə bağlı həyata keçirilmiş tədbirlər barəsində geniş məlumat verib.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 İyul 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri