Ölkəmiz Parisdə beynəlxalq tədbirdə iştirak edib FOTO
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının mənzil-qərargahında keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) 12-ci Nəqliyyat Statistikası Görüşündə təmsil olunub.
"Unikal" xəbər verir ki, tədbirdə BNF-nin builki zirvə toplantısının “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusuna uyğun olaraq nəqliyyat sektorunda dayanıqlılığın gücləndirilməsi və gələcəyə yönələn siyasətlərin formalaşdırılmasında məlumat və statistikanın rolu müzakirə edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Əliş İsmayılov nəqliyyat siyasətində daha proaktiv və gələcəyə yönələn yanaşmaların əhəmiyyətini vurğulayıb. Texnologiyanın nəqliyyat sistemlərinin dayanıqlılığının artırılmasında və qeyri-müəyyənliklərin idarə edilməsində əsas alət olduğu diqqətə çatdırılıb.
Görüşdə Bakı şəhərinin “Rəqəmsal əkiz”i layihəsi çərçivəsində məlumatların toplanması və inteqrasiyası prosesi, istifadə olunan texnoloji həllər, eləcə də “rəqəmsal əkiz”in nəqliyyat planlaşdırılması, optimallaşdırılması və infrastruktur qərarlarının qəbulunda tətbiqi barədə məlumat verilib.
Həmçinin süni intellektin rəsmi statistikaya təsiri, sektorlararası məlumatların nəqliyyat siyasətinə inteqrasiyası, məlumatların toplanması və ölçülməsi üzrə innovativ yanaşmalar müzakirə olunub.
Azərbaycan bu görüşdə fəal iştirakı ilə BNF-yə sədrliyi çərçivəsində məlumat əsaslı, dayanıqlı və gələcəyə yönələn nəqliyyat sistemlərinin təşviqinə, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 01 Aprel 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















