Icma.az
close
up
RU
Baş toksikoloqdan çağırış: 8 12 saatdan sonra mayonezli salatları yemək təhlükəlidir

Baş toksikoloqdan çağırış: 8 12 saatdan sonra mayonezli salatları yemək təhlükəlidir

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Tibb elmləri namizədi, toksikologiya üzrə mütəxəssis, doktor Azər Maqsudov bayram yeməkləri və şirniyyatlarından zəhərlənməmək və necə qidalanmağın yollarını izah edib.

Baş toksikoloq Qaynarinfo-ya açıqlamasında ilk növbədə insanları ev şəraitində hazırlanan şoraba məhsullarından uzaq durmağı tövsiyyə edib:

"Konservləşdirilmiş bütün qidalardan uzaq olun. Xüsusi ilə də ev şəraitində hazırlanan bütün şorabalardan, salatlardan istifadə etməyin. İkincisi, bayramlarda hər bir süfrənin bəzəyi mayonezli salatlardır. İnsanlar cürbəcür salatlar hazırlayır. Mayonezli salatlar və yeməklərin saxlanma qaydasına əməl etmək şərtdir. Bu yeməklər və salatların tez bir zamanda tərkibi dəyişir və xarab olur. Hətta soyuducularda belə bu qidaları çox saxlamaq olmaz. Onları sanitar rejiminə uyğun olaraq saxlanılmalıdı. Onun saxlanma müddəti 8-12 saatdır. Bu saatdan sonra salatları və yeməkləri heç buzxanada da saxlamaq məsləhət deyil, insan orqanizmi üçün təhlükəlidir. Ona görə də atılmalıdır. Yoxsa qida zəhərlənməsinə səbəb olacaq. Spirtli içkilərdən istifadə etməyin".


Toksikoloq eyni vaxtda ət, balıq və toyuq yeməklərinin qəbulunun insan orqanizminə zərərli olduğunu vurğulayıb: 

"Bir yemək qəbul edilməlidir. Ət, balıq və toyuq bir-birinə qatılanda həzm orqanlarının funksiyası pozulur. Yəni, bu orqanlara böyük yük düşür. Həmin anda ağrı biruzə verilməsə də zamanla bu daxili orqanlarda özünü göstərəcək".

Azər Maqsudovun sözlərinə görə, kərə yağı ilə bişirilən şirniyyatların ömür uzundur: 

"Amma bu gün kərə yağı ilə bişirilən şirniyyatlar azdır. Ailələr əsasən ucuz olduğu üçün bitki yağlara üstünlük verirlər. Keyfiyyətsiz yağlardan bişirilən şirniyyatları yeməyin. Bunlar həm vaxtından tez xarab olur, həm də qida zəhərlənməsinə səbəb ola bilər". 

Bahar Rüstəmli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Mart 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri