Icma.az
close
up
RU
“Baş verən hadisələr məni narahat etməyə başlayır” Samir Abasov

“Baş verən hadisələr məni narahat etməyə başlayır” Samir Abasov

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan “Neftçi” – “Kəpəz” (1:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Azarkeşlərimizə təşəkkür edirəm. Gələnlər də, gələ bilməyənlər də. Bir də meydançada çalışan yoldaşlara təşəkkür edirəm. Allah əziyyətlərini yerdə qoymasın. O qədər belə insanlar var ki, kölgədə qalır. Sağ olsunlar.

– “Kəpəz”i hansı komponentlərdə üstələdiz?
– İlk oyundan sonra komandanı hazırlamaq bir az təhlükəli idi. Çünki rahatçılığı aradan qaldırmaq lazım idi. Amma ilk dəqiqədən də oyunçularım xarakter göstərdi. Sağ olsunlar. Soyunub-geyinmə otağında onlara təşəkkür edə bilmədim. Reallığı götürsək, bəlkə də ilk oyunda matçın müqəddəratı həll olunmuşdu. Amma xarakter göstərdilər.

– Martın 22-dən sonra “Neftçi”ni çətin oyunlar gözləyir. Siz isə 22-dən sonra toparlanacağınızı demişdiz. Bunu zarafatla demişdiz yoxsa hesablama aparmışdız?
– Zarafatla demişdim.

– Bəs, rəqiblər haqda nə düşünürsüz? Əvvəl “Araz-Naxçıvan” sonra da “Sabah”la qarşılaşacaqsız…
– Bizim kimi rəqib də kuboka köklənib. Həddən artıq çətin olacaq. Biz hər həftə sonu oynayacağımız oyunlara köklənirik. Bunun müddəti yoxdur. Nə qədər tez köklənə bilsək, bu il nə qopara biliriksə onu da etsək yaxşı olar. Xal yığmağa çalışırıq.
Hakimliklə bağlı danışacam. Uzun müddətdir ki, referilər haqda danışmaq istəmirdim. Amma verilən qərarlar, bizim oyunlarda baş verən hadisələr məni narahat etməyə başlayır. “Neftçi”nin baş məşqçisi kimi bunu deməliyəm. Hər bir moment bizə seminar kimi gəlir. Hər bir epizod kitabda yazıldığı qədər olmur. Hər şeyi dərk edib və analiz edib qərarlar verilməlidir. Qırmızı vərəqəyə də ona görə etiraz etdim və yenə də edirəm. Çünki top bizdəydi. Bu epizodda məncə “qırmızılıq” bir şey yox idi. Diqqətli olmaq lazım idi. Referilərin düşdüyü situsiyaya görə qərar vermələrini istəyirəm.

– Hakimin epizodu VAR-da dəyərləndirməyə kifayət qədər də vaxtı oldu. Sizcə, bundan sonra verilən qərar sizə qarşı qərəzdən irəli gəlir?
– Bu qərəz deyil. Özünü hər halda hakim bu gen kitabı açacaq və buna oxşar bir qayda tapacaq. Burada düşdüyü situasiyaya görə qərar vermək lazımdır. Mənim ötürməmdən sonra ayağım sürüşüb dəyirsə, burada şiddət yoxdur. VAR-a baxdıqda bunu bir az məntiqlə düşünmək lazım idi. Buna görə də etiraz etdim və “sarı” aldım. Qərəzdi və ya qərəz deyil bunu deyə bilmərəm.

– Appelyasiyaya müraciət edəcəksiz?
– Çıxan qərara baxacayıq. Ümid edirəm ki, həmin şəxslər də bu məqama baxarlar. Bu cür epizodları bir az incələyərlər və appelyasiyaya müraciət etməyə heç lüzum qalmaz.

– Çempion etdiyiniz “Neftçi”də önəmli fiqurlar var idi. Bu gün isə həmin fərdi ustalığa malik oyunçular yoxdur. Bu heyəti siz yığmamısız, amma yayda görə bilərikmi?
– Niyə yoxdur sualına cavab vermək mənim üçün çox çətindir. Çünki məndən öncə məşqçilər olub. Demirəm ki, bizdəkilər pis futbolçulardı. Amma oyun stilindən çox şey asılıdır. Elə pozisiyalar var ki, istədiyim tərzdə futbolçularım yoxdur.

Mirkamal Kazım

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 Fevral 2025 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri