Icma.az
close
up
RU
“Yaxşı işlər etməyə qadirik” Samir Abasov

“Yaxşı işlər etməyə qadirik” Samir Abasov

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Misli Premyer Liqasında 3-cü turu çərçivəsində “Neftçi” və “Turan Tovuz” klubları üz-üzə gəlib. Bu matçda isə qonaqlar “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.

Oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

– Komandanız niyə qol vura bilmir?

– Epizodlar yaratdıq. Təəssüflər ki, bəxtimiz də gətirmir. Əvvəlki matçlarda da belə idi. Digər matçlara baxanda, bu gün komanda başqa “Neftçi” var idi. Çox ritmli və dinamik idi. İlk dəqiqədən bəlli idi ki, komandanın niyyəti nə idi. Qol buraxdıqdan sonra da təzyiqi davam etdirdik. Futbolçular çox istəyirdilər ki qol vuraq, udaq. İkinci hissədə də qırmızı vərəqə ilə planlar pozuldu. 10 nəfər qaldıqdan sonra da müdafiəçilər soyuqqanlı və məharətlə oynadılar. Qapımızda epizod görmədən, uduzduğumuz oyun oldu. Futbolçulara təşəkkür edirəm. İstəyə və dinamikəyə görə. Səhvlər olacaq, tələskənlikdən irəli gələn səhvlər olacaq. Başa düşürük. Yaxşı işlər etməyə qadirik. Bu siqnalı futbolçulardan gördüm.

– Erkən qol planlarınızı nə qədər pozdu. Buraxılan qolda qapıçınızın səhvi var idi. Onu cəza gözləyir?

– Rəqibə epizod vermirdik. Bu da üzərində durduğumuz məqam idi. Reallıqda, qapıçının səhvi var. Amma bir səhvlə onu silmək, nəsə fikir bildirmək istəmirəm. Digər oyunçular da . Kənanın yanındayıq. İnanıram ki, təcrübəsi, digər liqalardakı performansını bizdə də edəcək. İşimiz bu dəqiqə oyunçu cəzalandırmaq deyil.

– Piriç Superliqada 34 oyuna 67 qol buraxıb. Bu mövsüm də hər iki oyunuzda səhvi var idi…Növbəti oyunlarda da Piriçə görə xallar itirilə bilər?

– Düşünmürük. İstəmirəm ki, ayrı-ayrılıqda futbolçuların üzərində duraq. Hansısa futbolçunun səhvindən udacağıqsa..Hər bir adam səhv edə bilər. Əsas odur ki, futbolçunu qoruyaq. Necə ki, qoruyuruq. Superliqadan qapıçı gətirmək asan iş deyil. “Neftçi” bunu etdi. “Antalyaspor”u çox analiz etmisiz ki, bu qədər məlumatım yoxdur. 

– İndiki məqamda nədir sizi məmnun edən? 

– Bugünkü oyun bizim üçün siqnal və ümiddir. Bəhanə deyil. Birinci hissədə oynamış oyunçuların performansında əskikliyi var.  Bu komanda çox yaxşı işlər görəcək. Yetərincə çox yaxşı futbolçular var, bunu bacaracaqlar. Sadəcə xal itirdikdən sonra nələr etdik, mənim üçün çətin olur demək. Komandama inanıram. 

– Qırmızı epizod və Sambunun epizodları nəzərə alsaq, Əliyar Ağayev işinin öhdəsindən gəldi?

– Onun hansı səviyyədə referi olması hamıya bəllidir. Bugün oyunda referilərdən narazı qaldım. Penalti epizodunu indi izah edə bilmirəm. Rəqibə ikinci sarı vərəqə vermək olar. Məncə, bir tərəfə daha çox simpatiya deyirlər..Bilmirəm nə.Heç xoşuma gəlmədi. Bizim əsəblərimizlə oynadılar. Qırmızı vərəq haqlı idi? Rəqib bizi provakasiyaya yoxdur. Ribeyronun ixtiyar yoxdur ki, provakasiyaya cavab verisn. Onu da baxıb incələmək lazımdır. Əliyar orada gördüsə, qırmızı vərəqə qərarı verdisə, onun yanındayam, dəstəkləyirəm, inanıram. Mən digər məsələləri deyirəm. Biz özümüzü ev komandası kimi hiss etmədik. Dəhşətdir. 

– “Neftçi” xalla itirməyə davam edir. Qorxmursuz ki, istefanıza səbəb ola bilər?

– Ola bilər. Futboldur.

– “Qarabağ”ı təbrik etməməkdə sizi qınayırlar..Azarkeşlər də sizi qınayırlar ki, niyə Samir bəy “Qarabağ”ı təbrik etməyib…

– Təbrik etsəm, “Qarabağ”ın rəqibi kimi digər azarkeşlər kimi qınayarlar ki, niyə rəqibi təbrik edirsən? Nəysə. Bütün məşqçilər təbrik edib? Təbrik edən məşqçilərin qrupunda mən yoxam. Təbrik edirəm “Qarabağ”ı.

– “Turan Tovuz” onlara nisbətdə hücum futbolu oynayan komandadır. Məşqçi taktiki sxemi düzgün vermir. Ya da futblçuların səviyyəsi o deyil…

– Məşqçi taktikası, hər şeyi cavab vermirəm. Şəxsi fikirdir. Hörmətlə yanaşıram. İkinci məsələ..Qəbul etmirəm. Futbolçularımın səviyyəsi haqda cavab vermərəm. İmkan vermərəm ki, danışsınlar. Yaxşı səviyyədədirlər. Bu gün eyni ssenari davam edirdi. 

– Niyə komanda asmalar etmir? “İmişli” ilə görüşdə ilk asmanı 56-cı, bu gün isə 45+1-ci dəqiqədə etdiz…

– Sako yüksək səviyyədə oynadı. Oyun üslubu var. Bu gün nəzərə alsaq ki, üç o boyda müdafiəçiləri var. Başla oynayırlar. Bu da anlaşılmazlıq olar.. Rəqibdə 1.50 lik müdafiəçiləri də olsaydı, bizim oyun üslubu tamam başqadır. Bu gün məşqlərdə bir şeyi tələb edirsə, oyunda başqa şey tələb etmək..Bu sualla, futbolçunu da yolundan çıxarmış oluruq. Bu, sırf oyun üslubundan irəli gələn bir şeydir. (sportal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 29 Avqust 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri