Baş vermiş təyyarə qəzasında zərərçəkənlərə təzminat ödənəcəkmi? Hüquqşünas AÇIQLADI
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayan təyyarədə çox sayda həlak olan və xəsarət alan vətəndaşlar var.
Bəs baş vermiş qəza ilə əlaqədar zərərçənlərə təzminat ödənəcəkmi?
Hüquqşünas Samir Qasımov Avtosfer.az-a müsahibəsində bildirib ki, “İcbari sığortalar haqqında” qanuna əsasən, hava nəqliyyatında səyahət edən sərnişinlərin həyatı və sağlamlığı icbari şəkildə sığorta olunur:
“Hər bir sərnişinin vəfat etməsi halında, 5000 AZN sığorta şirkəti tərəfindən onların vərəsələrinə ödənilməlidir. AZAL öz məsuliyyətini hansı şirkətdə sığortalayıbsa, həmin şirkət ödənişləri həyata keçirəcək. Hər bir halda icbari sığorta bürosu AZAL ilə müqaviləsi olmasa belə, o məbləği ödəyəcək.”
Hüquqşünas sonda vurğulayıb ki, qanunda olmasa belə dövlət zərərçəkənlərin ailələrinə yardım göstərə bilər.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 26 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















