Baş yoldan gələn maşını son anda görən sürücü qəzanın bir addımlığından döndü VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın 8 Noyabr prospektiylə Fəvvarələr 1 küçəsinin kəsişməsində qayda pozan sürücü anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 10-da saat 09:56 radələrində qeydə alınıb. Belə ki, 90-YU-438 dövlət nömrə nişanlı “Toyota Aqua” markalı avtomobilin sürücüsü baş yoldan gələn maşına fikir vermədən hərəkət edib. O, yaxınlaşan maşını son anda görərək maşını saxlasa da görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Xoşbəxtlikdən təhlükəylə üzləşən sürücü dayanaraq baş verəcək qəzanın qarşısını alıb.
Təəssüflə qeyd edək ki, bəzi sürücülər işıqfora və yol nişanlarına diqqət etmədən yolayırıcına daxil olurlar. Bu isə videodakı hal kimi təhlükəli vəziyyət yaranmasına və yol-nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 10 İyun 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















