Velosipedlə yola çıxan yeniyetmə qəzanın bir addımlığından döndü VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtda velosiped sürən azyaşlı qəzanın bir addımlığından dönüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, velosiped idarə edən yeniyetmə Əcəmi Naxçıvani küçəsindən İbrahimpaşa Dadaşov küçəsinə yola baxmadan dönüb. Bu zaman o, hərəkətdə olan motosikletlə toqquşmaqdan son anda xilas olub. Daha sonra motosiklet sürücüsü “Nə edirsən? Qarşıdan maşın gəlsə altında qalacaqdın” deyərək ona əsəbi halda müraciət edib. Qayda pozan azyaşlı isə “Bilmədim” - deyə, cavab verib və yoluna davam edib.
Qeyd edək ki, “Yol Hərəkəti Haqqında” qanuna əsasən, 14 yaşdan aşağı şəxslərin velosipedlə ümumi istifadədə olan yola çıxması qadağandır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 13 Yanvar 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















