Icma.az
close
up
RU
“Başçı haqda deyilən uydurmadır” İş adamı da Taleh Qaraşovu həbsdən qorumağa çalışıb TƏFƏRRÜAT

“Başçı haqda deyilən uydurmadır” İş adamı da Taleh Qaraşovu həbsdən qorumağa çalışıb TƏFƏRRÜAT

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəranın icra başçısı Taleh Qaraşovun adı keçən qalmaqallı cinayət işinin yeni təfərrüatları məlum olub.

Musavat.com xəbər verir ki, baş memarın həbs edildiyi cinayət işi ilə bağlı daha bir neçə nəfər barəsində cinayət işi açılıb, onlar da məsuliyyətə cəlb edilib.

Əvvəlcə cinayət işi haqda qısa arayış…

Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar işləmiş Elgün Abdullayev həbs edilib.

Fotoda Elgün Abdullayev

Elgün Abdullayev iki dəfə ayrı-ayrı cinayət əməlinə görə hakim qarşısına çıxarılıb. O, rüşvət alma və qanunsuz tikintiləri himayə etməkdə ittiham olunur. İkinci cinayət işi Lənkəranda qanunsuz inşa edilən 7 mərtəbəli binanın tikintisi ilə bağlıdır.

İstintaq belə qənaətə gəlib ki, Elgün Abdullayev əvvəlcədən inşa ediləcək binanın 3 yox, 7 mərtəbəli olacağını bilirmiş. Məqsəd də çoxmənzilli bina inşa etmək və həmin binanın yaşayış və qeyri-yaşayış sahələrinin satışından gəlir əldə etmək olub. Onlar layihəni şəhərsalmaya təqdim etməyərək qanunsuz olaraq tikintiyə başlayıblar. 3 mərtəbə əvəzinə 7 mərtəbəli bina tikiblər. Tikinti davam edən ərəfədə müvafiq qurumların xəbərdarlığına baxmayaraq, işlərini davam etdirərək layihəni başa çatdırıblar.

Sözügedən 7 mərtəbəli tikili

Elgün Abdullayev bu işdə özünü qismən təqsirli bilib. Deyib ki, Hikmət Abbasovdan inşa etmək istədikləri fərdi yaşayış evinin eskizini qəbul edib. Həmin eskizdəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təsdiq olunması üçün Şəhərsalma və Arxitektura Komitəsinə göndərməli imiş. Lakin rəyi poçt vasitəsilə şəhərsalmaya göndərməyib, Hikmət Abbasovun özünə verib:

“Bəzən şəhərsalmaya göndərilən layihələr poçtda itirdi. Həm də vaxt itkisi var idi, xahiş etdi, ona görə də sənədi ona verdim. Belə hallar sadəcə 1-2 dəfə təkrarlanıb”.

Səhvinin bundan ibarət olduğunu deyən Elgün Abdullayev bildirib ki, Hikmət Abbasova etibarlı adam kimi güvənib. Amma H.Abbasov layihəni şəhərsalmaya aparıb orada təsdiq etdirməyib və tikintiyə başlayıb. Ona da bu barədə məlumat verməyib.

Tikintinin aparılacağı torpaq sahəsi Hünər Hadızadə adlı iş adamına məxsus olub.

Elgün Abdullayev qeyd edib ki, bu qanunsuzluğu görəndən sonra Hikmət Abbasovdan tikintinin dayandırılmasını tələb edib. Amma onun tələbinə əməl edən olmayıb.

Başçı Taleh Qaraşov

İcra başçısı Taleh Qaraşovun adı işin bu hissəsində dövrəyə girib. Belə ki, tikinti aparan Hikmət Abbasov icra başçısıdan razılıq aldıqlarını deyib.

“Hikmət dedi ki, ay Elgün, biz icra başçısı ilə işi həll etmişik, şəhərsalmadan da narahat olma. Amma mən şəhərsalma ilə əlaqə saxlayanda dedilər ki, belə bir layihə yoxdur. Mən də bu barədə icra başçısına məlumat verdim. İcra başçısı dedi ki, tikintiyə mane olmayın. Hikmətgilin şəhərsalma ilə məsələni həll edəcəklərini dedi”.

Elgün Abdullayev bu icazənin icra başçısı ilə razılaşdırıldığını desə də, sonradan fikrini dəyişib. Ona bu fikir dəyişikliyi ilə bağlı sual da verilib. E.Abdullayev həmçinin layihənin şəhərsalmaya yox, şəxsən Hikmət Abbasova verilməsini icra başçısının tapşırdığını deyib.

Bunu da sonradan inkar edib və belə bir icazə verib:

“Fikrimi düzgün ifadə etməmişəm. Başçı belə tapşırıq verməyib. Tikintiyə mane olmamağımla bağlı da heç nə söyləməyib”.

Elgün Abdullayevin burada ziddiyyətli ifadə verdiyi bir daha aşkar olub. O, icra başçısını məsuliyyətdən yayındırmağa çalışıb, həmçinin özünün də günahsız olduğunu deyib. Bildirib ki, tikintinin dayandırılması üçün icra başçısına məruzə edib. İcra başçısının birinci müavini tikintinin dayandırılması ilə bağlı rəsmi xəbərdarlıq edib. Bundan sonra FHN tərəfindən tikinti dayandırılıb. Amma sonradan tikinti yenidən davam etdirilib.

Qeyd edək ki, Elgün Abdullayev bu cinayət əməlini törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Əvvəlki cəzası ilə qismən toplanmaqla 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Buradan belə sual çıxır ki, Hikmət Abbasov və Hünər Hadızadə kim olub? Onlar kim olub ki, Elgün Abdullayevin, Şəhərsalma və Arxitektura Komitəsinin, icra başçısının birinci müavininin, Fövqəladə Hallar Nazirliyinin tikintini qadağan etməsi ilə bağlı rəsmi göstərişlərinə, qərarlarına əməl etməyib? Bütün xəbərdarlıqlara baxmayaraq, 7 mərtəbəli binanı tam inşa ediblər. Həm də bir neçə dəfə tikinti dayandırıldığı halda.

Musavat.com adı çəkilən şəxslərin də dindirilməsi ilə bağlı məlumatlar əldə edib.

Fotoda Hikmət Abbasov və Hünər Hadızadə

Hikmət Abbasov Elgün Abdullayevin məhkəməsində dindirilən zaman icra başçısı haqda səsləndirilən fikri inkar edib. O, Elgün Abdullayevə “icra başçısı ilə işi həll etmişik” deməsini danıb. Hikmət Abbasov da başçını bu işə qatmamağa çalışıb.

H.Abbasov israrla bildirib ki, bu işdən başçının xəbəri olmayıb və binanın tikintisi üçün başçıya pul vəd etməyiblər. Əlavə edib ki, icra başçısını əvvəlcədən tanımayıb. Sadəcə, bu problemlər yaranandan sonra icra başçısı zəng edərək onu yanına çağırıb:

“Başçı mənə dedi ki, Hünər tikinti qaydalarını pozduğu üçün həbs edilib. Binanın möhkəmləndirilməsi üçün də icra hakimiyyətinə məktub daxil olub. Məndən bu işi həll etməkdə kömək istədi. Elgünün icra başçısı ilə bağlı dedikləri uydurmadır. O, həbs edildiyi üçün icra başçısına qarşı qəzəbli ola bilər. İcra başçısı qanunsuz tikiliyə icazə verməyib, icra başçısı Elgünə bu işi şəhərsalmada özümüzün həll edəcəyini də deməyib”.

Belə, Hikmət Abbasov da başçını xilas edib. Amma özünün barəsində də bu qalmaqallı işə görə cinayət işi açılıb.

Hünər Hadızadə də dindirilən zaman özünü günahkar bilsə də, başçının bu işdə günahının olmadığını söyləyib.

Elgün Abdullayevə istintaqda təzyiq olub?

Sonda bu işdə əsas diqqət çəkən məqam haqda mütləq danışmaq lazımdır. Çünki bu qədər ağır bir cinayət işində icra başçısı Taleh Qaraşovun adının çəkilməsinə baxmayaraq, dindirilməyib.

Təqsirləndirilən şəxs fikrini dəyişsə də, qeyd edilən cinayət əməlinin törədilməsinə birbaşa göstərişi verənin məhz başçı Qaraşov olduğunu demişdi. Amma Qaraşov nə istintaqda, nə də məhkəmədə dindirilib. Elgün Abdullayevə istintaqda təzyiq olub? Olsaydı, məhkəmədə ən azından bunu dilinə gətirərdi. Yox, təzyiq olmayıbsa, Elgün könüllü şəkildə başçını ifşa edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Yanvar 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri